Almaniyada iqtisadi böhran dərinləşir: "İllərdir real qərarlardan qaçırıq

Redaktor

22.05.2025 17:58
238

Almaniyada iqtisadi böhran dərinləşir: "İllərdir real qərarlardan qaçırıq

Almaniya getdikcə daha dərin böhrana doğru sürüklənir. Federal hökumətin İqtisadi Ekspertlər Şurasının yeni hesabatına görə, ölkənin iqtisadiyyatı bu il də böyüməyəcək. Belə olarsa, bu, üçüncü ardıcıl il statqasiya (iqtisadi durğunluq) qeydə alınacaq.

Valyuta.az xəbər verir ki, "Bild" qəzeti İqtisadi Ekspertlər Şurasının üzvü professor Veronika Qrimmlə Almaniyanın iqtisadi gələcəyi haqqında danışıb. Müsahibənin əsas məqamları belədir:

Böhranın səbəbləri haqqında

"İllərdir real qərarlardan qaçırıq. Merkel hökuməti dövründə heç nəyi dəyişdirməmək üçün bütün "sülh dividendlər"ini xərclədik. Pandemiyanın başlanğıcından bəri hərəkət imkanlarını genişləndirmək üçün davamlı olaraq kredit götürdük. Amma bu, sonsuz davam edə bilməz".

Almaniyada əmək haqqı vəziyyəti haqqında

"Almaniyada xalis əmək haqqının azalacağından qorxuram - ümumi vəziyyət daha çətinləşə bilər. Xoşagəlməz tendensiyalar görəcəyik: sənayedə daha az iş yeri və aşağı əmək haqqı olan sektorlarda artım. Bununla mübarizə aparılmalıdır. Siyasət cəlbedici şərait yaratmalıdır - məsələn, süni intellekt və rəqəmsallaşmanı inkişaf etdirməklə".

Minimum əmək haqqı haqqında

"2026-cı ildə minimum əmək haqqını saatda 15 avroya qaldırmazdım. Əgər əmək məhsuldarlığının aşağı olduğu bir vəziyyətdə yenidən bütün əmək haqqı strukturunu yuxarı çəksək, rəqabət qabiliyyətimizi itirərik. Bu, iqtisadiyyata zərbə vuracaq".

Pensiya yaşı haqqında

"Pensiyalar ilə bağlı qərarlar çoxdan məlumdur: tədricən pensiya yaşını artırmaq və onu gözlənilən ömür uzunluğu ilə əlaqələndirmək. Bu, dərhal 70-ə qədər demək deyil. Məsələn, səkkiz il ərzində 68-ə çatmaq olar. Həmçinin, mövcud pensiyaları əmək haqlarına deyil, inflyasiyaya uyğun indeksləşdirmək də kiçik bir təsir göstərərdi".

İş yerləri haqqında

"İqtisadiyyat təzyiq altındadır. İşçi sayı azalır – həmişə işdən çıxarma yolu ilə deyil, yeni işçi qəbul etməməklə də. Artıq görürük ki, sənayedə məşğulluq azalır, sağlamlıq və dövlət sektorunda isə artır. Bu, sağlam deyil. Bu sahələrdə prosesləri avtomatlaşdırmaq lazımdır ki, kadr ehtiyacı azalsın".

Nəticə: Almaniyanın iqtisadi problemləri uzun müddətdir qaçırdığı struktur islahatları və məhsuldarlıq çatışmazlığı ilə bağlıdır. Ekspertlərin tövsiyələri arasında rəqəmsal transformasiya, əmək bazarında dəyişikliklər və pensiya sisteminin yenidən nəzərdən keçirilməsi durur.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Wonderful” 150 milyon dollar investisiya alıb

14.03.2026

Niyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?

14.03.2026

Azərbaycan neftinin qiyməti 109 dolları keçdi

14.03.2026

Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb

14.03.2026

2 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU

14.03.2026

Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır

13.03.2026

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür

13.03.2026

AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

13.03.2026

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13.03.2026

"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq

13.03.2026

"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı

13.03.2026

Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL

13.03.2026

Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu

13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

13.03.2026

"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri

13.03.2026

Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb

13.03.2026

Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®

13.03.2026

1 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır

13.03.2026

"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı 

13.03.2026

Məzənnə

Yüklənir...