1 söz səhvi, milyonluq itki - Bahalı səhvlərdən necə sığortalanmalı?
16.05.2025 14:27
958

1 söz səhvi, milyonluq itki - Bahalı səhvlərdən necə sığortalanmalı?

Kamil Zeynalov
      Sahibkar, peşəkar idarəedici, "NEO Translations" tərcümə şirkətinin təsisçisi

Bir anlıq təsəvvür edin: möhtəşəm marketinq kampaniyanız bir söz səhvinə görə lağ obyektinə çevrilir və ya milyonluq müqaviləniz yanlış tərcümə edilmiş bir bənd üzündən ləğv edilir. Bu, sadəcə “pis tərcümə” deyil, bu, biznesinizin gələcəyinə vurulan zərbədir. Bəs bu “tərcümə minalarından” necə yan keçmək və beynəlxalq arenada möhkəm addımlarla irəliləmək olar?

Korporativ tərcümədə büdrəməyə ən çox məruz qalan məqamlar və onlardan yayınmağın qızıl qaydaları ilə tanş olaq:

1.  Maşın tərcüməsi və ya daha da müasiri Süni İntellekt (AI): Bəli, maşın tərcüməsi bir göz qırpımında mətnləri çevirir. Amma bu sürət çox vaxt keyfiyyətin qurbanı olur. Kontekstdən kənar, müxtəlif mədəniyyətlərə aid incəlikləri anlamayan və sahənizə xas terminologiyanı düzgün əks etdirməyən “robot” mətnlər brendin, biznesin ciddiyətini şübhə altına alır və peşəkar olmayan təəssürat yaradır. İlk təəssürat üçün isə ikinci şans olmaya bilər.

2.  Sahəyə yad mütəxəssis seçimi: Texniki, hüquqi, tibbi və ya maliyyə kimi spesifik sahələrdəki sənədlərin tərcüməsi dərin ixtisaslaşma tələb edir. Yalnız ümumi dil biliklərinə malik tərcüməçinin bu mətnlərin incəliklərini, terminoloji zənginliyini və hüquqi məsuliyyətini tam dərk etmə ehtimalı çox aşağıdır. Anlaşılmazlıqlar, məna itkiləri və hətta ciddi maliyyə və hüquqi problemlərə qədər yolu var.

3.  Tərcüməni son ana saxlamaq: “Tərcüməyə hələ vaxt var” düşüncəsi bahalı səhvlərə sürükləyə bilir. Tələsik görülən işlər, xüsusilə də tərcümə kimi diqqət tələb edən proseslərdə keyfiyyəti kəskin şəkildə aşağı salır. Peşəkar redaktə və korrektə üçün yetərli zamanın olmaması isə kiçik, diqqətdən yayınan xətaların böyük, biznesi, brendi sarsıdan problemlərə çevrilməsinə şərait yaradır.

4.  Redaktə və korrektəyə əhəmiyyət verməmək: Bəzən redaktə və korrektə xidmətləri “əlavə xərc” kimi yanlış başa düşülür. Tərcümə prosesi yalnız sözləri bir dildən digərinə çevirməklə bitmir. Peşəkar redaktə və korrektə mərhələsi tərcümə olunmuş mətnin qrammatik, stilistik və terminoloji cəhətdən mükəmməl olmasını təmin edir. Bu addımı “əlavə xərc” kimi görmək, marketinq şüarında bir hərf səhvinin bütün kampaniyanı alt-üst etməsi və ya müqavilədəki bir yanlış terminin milyonlarla zərərə yol açması riskini gözə almaq deməkdir.

Tərcümədə bahalı səhvlərdən necə sığortalanmalı?

Qlobal uğuru tərcümə səhvlərinə qurban verməmək üçün düzgün planlaşdırma, ixtisaslaşmış mütəxəssislərlə işləmək və keyfiyyətə nəzarət qaydalarına ciddi riayət etmək şərtdir. Belə kompleks və hərtərəfli yanaşmanı isə adətən peşəkar tərcümə şirkətləri təmin edə bilir. Niyə məhz şirkətlər?

1. Geniş mütəxəssis seçimi: Onlar ixtisaslı tərcüməçilərdən ibarət geniş bazaya malikdir və layiələrin mövzusuna, spesifik sahəsinə ən uyğun mütəxəssisi cəlb edə bilir.

2. Fasiləsiz proses: Təyin olunmuş tərcüməçi hər hansı səbəbdən işi davam etdirə bilməsə, şirkət dərhal onu eyni səviyyəli başqa bir peşəkarla əvəz edərək işin ləngiməsinin və keyfiyyət itkisinin qarşısını alır.

3. Keyfiyyətə zəmanət: Çoxmərhələli yoxlama (redaktə, korrektə) prosesləri ilə tərcümənin qüsursuz olmasını təmin edir.

Korporativ tərcümə xidmətlərinə ehtiyac duyan bizneslər üçün ən doğru seçim keyfiyyətli, vaxtında və peşəkar nəticə vəd edən təcrübəli tərcümə şirkətləri ilə əməkdaşlıq etməkdir. Bu, qlobal bazarda daha inamlı addımlamağa və potensial “tərcümə qəzaları”ndan sığortalanmağa kömək edəcəkdir. Çıxış yolu hər zaman peşəkarlıqdadır!

1 söz səhvi, milyonluq itki - Bahalı səhvlərdən necə sığortalanmalı?

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu halda sürücüləri 40 manat cərimə gözləyir - VİDEO

20.01.2026

Prezident: Bir gün Azərbaycandan Ermənistana tranzit təmin ediləcək

20.01.2026

Milyarderlərə saxta Davos biletləri satılıb

20.01.2026

Metroda xətlərin ayrılacağı tarix açıqlandı

20.01.2026

Mərkəzi Bank milyonluq əmlaklarını satışa çıxarıb

20.01.2026

BMT: Qlobal ticarət artımı 2,2 %-ə qədər yavaşlaya bilər

20.01.2026

"Fitch": Dövlət borcu Azərbaycanın kredit profilinin güclü tərəfidir

20.01.2026

Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi

20.01.2026

İctimai iaşə dövriyyəsi artıb

20.01.2026

"ChatGPT"də reklamlar necə yayımlanacaq?

20.01.2026

Uşaqlar üçün olan bu məhsul bahalaşdı

20.01.2026

İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

20.01.2026

Dərman istehsalına çəkilən xərc 2 dəfəyə yaxın artdı

20.01.2026
İlham Əliyev “Euronews”a müsahibə verdi

İlham Əliyev “Euronews”a müsahibə verdi - FOTOLAR/ YENİLƏNİB

20.01.2026

Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

20.01.2026

Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?

20.01.2026

2026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI

20.01.2026

İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb

20.01.2026

"ClickHouse" 400 milyon dollar investisiya alıb

20.01.2026

Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub

20.01.2026

Məzənnə

Yüklənir...