Borca görə daha bir iş adamına “stop” qoyuldu

Redaktor

15.07.2025 01:45
116

Borca görə daha bir iş adamına “stop” qoyuldu

“Okean-SV” şirkətinin rəhbərinə “stop” qoyulub.

Valyuta.az xəbər verir ki, bununla bağlı Gəncə Kommersiya Məhkəməsinin hakimi Gülnaz Quliyeva qətnamə çıxarıb. İş materiallarından aydın olur ki, şirkətin dövlət büdcəsinə 176 883,24 manat borcu olub.

Borc ödənilmədiyindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tutub. Qurum ərizəsində borc ödənilədək şirkət rəhbərinə “stop” qoyulmasını xahiş edib. “Okean-SV” şirkəti 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Məmmədov Zakir Rasim oğludur.

Hüseyn

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...