"Azərenerji"nin prezidentinə şiddətli töhmət verildi - SƏBƏB

Redaktor

05.10.2024 16:31
1,161

"Azərenerji"nin prezidentinə şiddətli töhmət verildi - SƏBƏB

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

Valyuta.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Sərəncamla 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...