QRANT MÜSABİQƏSİ - bir layihə üzrə maksimum 20 min manat

Redaktor

21.02.2024 18:59
761

QRANT MÜSABİQƏSİ - bir layihə üzrə maksimum 20 min manat

Ayrılan maliyyə vəsaitinin həcmi: Hər bir layihə üzrə maliyyələşdirilmə məbləği maksimum 20 min manat həcmində nəzərdə tutulur. 

Layihə sənədlərinin qəbulu: 4 mart 2024-cü il, saat 09:00-dan – 2 aprel   2024-cü il saat 18:00-dək (Qeyd: Müəyyən edilmiş vaxtdan əvvəl və ya sonra təqdim olunan layihə sənədləri qəbul olunmayacaqdır).

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq, təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə 5-ci qrant müsabiqəsi elan edir. 

Şərtlər: 

- Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və ya fiziki şəxslər iştirak edə bilərlər;

- Layihələr təhsil, elm, tədqiqat və dəstək sahələrindən birinə aid olmalıdır;

- Hər bir şəxs müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir;

- Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır;

- Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz;

- Müsabiqədə iştirak üçün tələb olunan sənədlər tam şəkildə təqdim olunmalıdır;

- Layihə çərçivəsində müəyyən edilmiş işlərin icrasına 01.06.2024-cü il tarixindən başlanılması nəzərə alınmalıdır; 

- Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir.

Ayrılan maliyyə vəsaitinin həcmi: Hər bir layihə üzrə maliyyələşdirilmə məbləği maksimum 20 min manat həcmində nəzərdə tutulur. 

Layihə sənədlərinin qəbulu: 4 mart 2024-cü il, saat 09:00-dan – 2 aprel   2024-cü il saat 18:00-dək (Qeyd: Müəyyən edilmiş vaxtdan əvvəl və ya sonra təqdim olunan layihə sənədləri qəbul olunmayacaqdır). 

Müsabiqənin keçirilmə vaxtı: 4 aprel 2024-cü il – 14 may 2024-cü il.  

Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri aşağıdakı sənədlərlə 4 mart 2024-cü il saat 09:00-dan – 2 aprel 2024-cü il saat 18:00-dək elektron formada (info@smb.gov.az) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (Bakı şəhəri, Ziya Bünyadov 38C, 1969-cu məhəllə, “Bakı KOB evi”) müraciət edə bilərlər:

- Ərizə forması;

- Müsabiqəyə təqdim olunan layihə;

- Layihənin büdcəsinin maliyyə əsaslandırılması;

- Layihənin icraçıları barədə məlumat;

- KOB subyekti olan fiziki şəxsin, yaxud hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədlərin surətləri; 

- Müraciət edən hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin surətləri.

Qeyd: müvafiq sənədləri aşağıdakı linkdən yükləyə bilərsiniz: //smb.gov.az/az/nav/qrant

Müsabiqənin nəticələri barədə məlumat 15 may 2024-cü il tarixindən sonra KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.

Təhsil sahəsi: 

- tədris-metodik maarifləndirici vəsaitlərin hazırlanması;

- müxtəlif seminar, konfrans, təlim, treninq və praktiki təcrübə proqramlarının hazırlanması və təşkil edilməsi, habelə tədris, konsaltinq və maarifləndirmə dəstəyinin göstərilməsi;

- startapçılar, sahibkar qadınlar, əlilliyi olan şəxslər və gənclər arasında sahibkarlığın təşviqi üçün tədbirlərin təşkili və biliklərin verilməsi;

- KOB subyektlərinin ali təhsil və peşə təhsili müəssisələrində tədris prosesinə cəlb edilməsi;

- KOB subyektlərinin ehtiyaclarına uyğun olan ixtisaslı kadrların hazırlanması və təkmilləşdirilməsi məqsədilə təhsil müəssisələri ilə birgə layihələrin hazırlanması.

Elm sahəsi: 

- innovativ elm layihələrinin tətbiqi yolu ilə KOB subyektlərinin fəaliyyətinin gücləndirilməsi;

- elmi fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların ictimai birlikləri, həmçinin elmi fəaliyyətin iştirakçıları ilə qarşılıqlı əməkdaşlıq nəticəsində KOB -subyektlərinin fəaliyyətinin gücləndirilməsi;

- mikro, kiçik və orta sahibkarlığın inkişafına istiqamətləndirilmiş fəaliyyəti əks etdirən elmi işləri əhatə edən layihələr;

- KOB subyektlərinin sənaye və texnologiyalar parkları, texnoloji transfer mərkəzləri, biznes inkubatorları və bu tipli müəssisələr ilə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi;

- mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən respublika, regional və beynəlxalq səviyyəli elmyönümlü konfrans, simpozium, seminar və digər tədbirlərin Azərbaycan Respublikasında təşkili və keçirilməsi, habelə xaricdə elm sahəsində keçirilən tədbirlərdə iştirakın dəstəklənməsi.

Tədqiqat sahəsi: 

- KOB subyektlərinin innovativ inkişafını əhatə edən tədqiqat işlərinin aparılması;

- KOB subyektləri tərəfindən istehsalat sahəsində tədqiqat işlərinin aparılması və nəticələrinin tətbiq edilməsi;

- mikro, kiçik və orta sahibkarlığın inkişafı məqsədilə maraqlı şəxslərin tədqiqat sahəsində iştirakının stimullaşdırılması məqsədilə təlim və seminarların təşkil edilməsi və keçirilməsi;

- mikro, kiçik və orta sahibkarlığın, habelə KOB subyektlərinin inkişafına, onların istehsalının artırılmasına və fəaliyyətinin genişləndirilməsinə yönəldilmiş layihələr;

- KOB subyektlərinin istehsal fəaliyyətinə təsir göstərən vasitələrin öyrənilməsi və ya xüsusiyyətlərinin araşdırılması və tədqiq edilməsi üçün həyata keçirilən layihələr;

- tədqiqat və istehsalat sahələrinin qarşılıqlı fəaliyyətinin effektivliyinin artırılması, tədqiqat sahəsində təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi.

Dəstək sahəsi:

- beynəlxalq təcrübənin öyrənilməsi, audit, sənədləşmə, patentlərin alınması, menecment və logistik xidmətlərinin təşkili;

- KOB subyektləri tərəfindən istehsal olunan məhsulların analizi və testi məqsədilə laboratoriya xidmətlərinin təşkilinə dəstək;

- KOB subyektlərinin fəaliyyətində kadr potensialının gücləndirilməsi məqsədilə ölkədə və xaricdə keçirilən tədbirlərdə iştiraka dəstək;

- istehsal olunan məhsulların xarici bazarlara çıxışına dəstək məqsədilə ilk dəfə qeyri-neft məhsullarını ixrac edən KOB subyektlərinə sənədləşmədə və tələb olunan sertifikatların alınmasında dəstək;

- innovativ sahibkarlığı təşviq edən startapların qeydiyyatına, istehsal məhsullarının (xidmətlərin) satışına, patentləşdirilməsinə və xarici bazarlarda təşviq olunmasına dəstək;

- KOB subyektlərinin yüksək texnoloji və innovativ imkanlardan faydalanmasına, fəaliyyətində müvafiq texnologiyaların tətbiqinə və zərurət olduğu halda, həmin subyektlərə ekspert ayrılmasına dəstək.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Silah satışından ən çox pul qazanan ÖLKƏLƏR

10.03.2026

Rubl dəyərlənir

10.03.2026

Kreditlərin sığortalanmasında 37%-lik azalma olub

10.03.2026

0 dollardan milyarder olan 10 sahibkar - SƏHƏR OXUSU

10.03.2026

Ölkələrin "neft yastığı": Kim nə qədər dözə bilər?

09.03.2026

G7 ölkələri strateji neft ehtiyatlarını hələ bazara çıxarmayacaq

09.03.2026

Putin: RF dəfələrlə xəbərdarlıq edib ki, Yaxın Şərqdə sabitliyin pozulması enerji qiymətlərini artıracaq

09.03.2026

ChatGPT-nin "yetkin rejimi"ndə qeyri-müəyyənlik davam edir

09.03.2026

Uorren Baffetin 2026-cı ildə maliyyənizi dəyişdirə biləcək 6 strategiyası

09.03.2026

Retro oyunların yüksəlişi: Yeni startap 1 milyard dollar dəyərə yaxınlaşır

09.03.2026

İlham Əliyev Müctəba Xameneyini təbrik edib

09.03.2026

"Apple" yeni bahalı dövrə başlayır: Qatlanan "iPhone" və toxunma ekranlı "MacBook"

09.03.2026

Vüqar Bayramov: "Azərbaycan enerji satışından bu il daha çox gəlir əldə edə bilər"

09.03.2026

Kristalina Georgiyeva: Yaxın Şərqdəki münaqişəyə görə "ağlasığmaz olanlara" hazırlaşmaq lazımdır

09.03.2026

Milyarderlər pullarını əmanət hesablarında saxlamırlar - Bəs pullarını hara yatırırlar?

09.03.2026

Sabah hava necə olacaq?

09.03.2026

Yaxın Şərqdəki münaqişə fonunda Avropada qazın qiyməti yenə bahalaşdı

09.03.2026

Dələduzlar son zamanlar daha çox bu saxta elanlarla vətəndaşları aldadırlar

09.03.2026

KİV: “Saudi Aramco” tenderlər vasitəsilə təcili neft tədarükünü həyata keçirməyi təklif edib

09.03.2026

Əvvəllər 2 trilyon dollarlıq aktivləri idarə edirdi: indi üç nəfərlə pomidor satacaq

09.03.2026

Məzənnə

Yüklənir...