Türkiyə ilə 2024-cü il ticarət balansı: azalan investisiya, zəifləyən ixrac

Redaktor

26.03.2025 21:46
754

Türkiyə ilə 2024-cü il ticarət balansı: azalan investisiya, zəifləyən ixrac

Məlumat verdiyimiz kimi, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 6 mlrd. 658 mln. 68 min dollardan (11 mlrd. 318 mln. 715.6 min manat) 7 mlrd. 46 mln. 217 min dollara (11 mlrd. 978 mln. 568.9 min manat) yüksəlib.

Valyuta.Az xəbər verir ki, Azərbaycan tərəfindən xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi isə 3 mlrd. 117 mln. 441 min dollardan (5 mlrd. 299 mln. 649.7 min manat) 1 mlrd. 762 mln. 690 min dollara (2 mlrd. 996 mln. 573 min manat) düşüb.

Azərbaycana birbaşa investisiya yatıran ölkələrin siyahısına 1 milyard 748 milyon 822 min dollar (2 milyard 973 milyon 7.4 min manat) ilə Birləşmiş Krallıq başçılıq edir.

Türkiyə 1 milyard 219 milyon 15 min dollar (2 milyard 72 milyon 325.5 min manat) ilə ikinci, Macarıstan isə 1 milyard 18 milyon 648 min dollar (1 milyard 731 milyon 701.6 min manat) ilə üçüncü yerdə qərarlaşıb.

İlk beşliyi isə Kipr və Birləşmiş Ərəb Əmirlikləri tamamlayıb. Bu ölkələr 2024-cü ildə Azərbaycan iqtisadiyyatına müvafiq olaraq 746 milyon 789 min dollar (1 milyard 269 milyon 541.3 min manat) və 490 milyon 156 min dollar (833 milyon 265.2 min manat) investisiya yatırıb.

Qarşılıqlı investisiya

Məlumata əsasən, Azərbaycan tərəfindən investisiyanın ən çox azaldıldığı ölkələrdən biri də Türkiyədir.

Belə ki, 2024-cü ildə Türkiyəyə 248 mln. 957 min dollar (423 mln. 226 min manat) birbaşa investisiya yatırılıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən 86.3% daha azdır. 2023-cü ildə bu rəqəm 1 mlrd. 815 mln. 102 min dollar (3 mlrd. 085 mln. 673.4 min manat) idi.

Həmçinin Türkiyədən Azərbaycan iqtisadiyyatına yönəldilmiş birbaşa investisiyaların həcmində də azalma baş verib. Belə ki, 2023-cü ildə Türkiyə tərəfindən Azərbaycan iqtisadiyyatına 1 mlrd. 302 mln. 409 min dollar (2 mlrd. 214 mln. 095.3 min manat) birbaşa investisiya yatırıldığı halda, 2024-cü ildə bu rəqəm təxminən 6.4% azalaraq 1 mlrd. 219 mln. 15 min dollara (2 mlrd. 072 mln. 325.5 min manat) düşüb.

Pul köçürmələri

Mərkəzi Bankın açıqladığı statistikalara əsasən apardığımız hesablamalara əsasən, 2024-cü ildə Azərbaycandan xaricə fiziki şəxslər tərəfindən 526 mln. 759 min dollar (895 mln. 490.3 min manat) köçürülüb ki, bunun da 28.8 %-i və ya 151 mln. 837 min dolları (257 mln. 122.9 min manat) Türkiyəyə göndərilən vəsaitin payına düşüb. 2023-cü ildə isə bu rəqəm 146 mln. 140 min dollar (248 mln. 438 min manat) idi.

Ötən il Azərbaycana isə fiziki şəxslər tərəfindən toplamda 1 mlrd. 82 mln. 873 min dollar (1 mlrd. 841 mln. 884.1 min manat) pul köçürülüb ki, bunun da 16.2 %-i Türkiyədən köçürülüb.

Əgər 2023-cü ildə Türkiyədən fiziki şəxslər tərəfindən 164 mln. 316 min dollar (279 mln. 337.2 min manat) pul köçürülmüşdüsə, 2024-cü ildə bu rəqəm təxminən 7.5 % artaraq 175 mln. 897 min dollara (298 mln. 025. min manat) yüksəlib.

Ticarət dövriyyəsi

Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən, 2024-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsi əvvəlki illə müqayisədə təxminən 7 % azalaraq 51 mlrd. 183 mln. 899.55 min dollardan (87 mlrd. 012 mln. 629.2 min manat) 47 mlrd. 612 mln. 100.86 min dollara (80 mlrd. 940 mln. 571.5 min manat) düşüb.

Türkiyə ilə aparılan ticarət dövriyyəsi isə təxminən 19.9 % və ya 1.5 mlrd. dollar (2.55 mlrd. manat) azalaraq 7 mlrd. 650 mln. 599.50 min dollardan (13 mlrd. 006 mln. 019.2 min manat) 6 mlrd. 130 mln. 181.90 min dollara (10 mlrd. 421 mln. 309.2 min manat) düşüb. Bununla da Türkiyə ötən ilki ticarət dövriyyəmizdəki əsas ölkələrin siyahısında II yerdə qərarlaşıb.

Ən çox məhsul ixrac etdiyimiz ölkələrin siyahısında da Türkiyə II yeri tutub. Belə ki, ötən ilin yanvar-dekabr aylarında bu ölkəyə 3 mlrd. 819 mln. 407.93 min dollar (6 mlrd. 493 mln. 994.5 min manat) məbləğində məhsul ixrac olunub.

Ən çox məhsul idxal etdiyimiz ölkələrin sıralamasında da Türkiyə ilk pillələrdə qərarlaşıb. 2 mlrd. 310 mln. 773.97 min dollarla (3 mlrd. 928 mln. 316.7 min manat) Türkiyə ən çox məhsul idxal etdiyimiz III ölkə olub.

Xatırladaq ki, 2023-cü ildə Türkiyəyə ixrac olunan məhsulun ümumi dəyəri 5 mlrd. 359 mln. 328.07 min dollar (9 mlrd. 110 mln. 857.7 min manat), idxal olunan məhsulun ümumi dəyəri isə 2 mlrd. 291 mln. 271.44 min dollar (3 mlrd. 895 mln. 161.4 min manat) olub.

Rəhim

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Nazirliyin vəzifəli şəxsi cərimələndi

04.12.2025

“Brevo” 583 milyon dollar investisiya alıb

04.12.2025

"İvanovka"da məhsul satışı qadağan edildi

04.12.2025

13 milyon maaş alacaq

04.12.2025

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL

04.12.2025
Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

04.12.2025

Xaricə 23 min dollar köçürdü, 4752 dollar cərimələndi

04.12.2025

Kapital Bank-dan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur ®

04.12.2025

Məzənnə

Yüklənir...