Redaktor
ABŞ-də ştatların süni intellekt üzərində nəzarəti dayandırıla bilər
ABŞ Senatında irəli sürülən qanun layihəsi ştat və yerli hökumətlərin süni intellekt (AI) texnologiyalarını beş il müddətinə tənzimləməsini qadağan edə bilər.
Valyuta.az xəbər verir ki, təklif respublikaçı senator Ted Cruz və müttəfiqləri tərəfindən hazırlanıb və büdcə layihəsinə əlavə edilib. Tərəfdarları – OpenAI-nin CEO-su Sam Altman, Anduril-dən Palmer Luckey və a16z-dən Marc Andreessen bu moratoriumun texnoloji innovasiyanı qoruyacağını bildirirlər.
Tənqidçilər isə – Demokratlar bəzi respublikaçılar, Anthropic-in rəhbəri Dario Amodei, vətəndaş cəmiyyəti qurumları və istehlakçı hüquqları təşkilatları moratoriumun texnologiya şirkətlərini nəzarətsiz buraxacağını və insan hüquqlarını zəiflədəcəyini deyirlər. Qanun Kaliforniya və Tennessi kimi ştatlarda artıq qəbul olunmuş AI qanunlarını da qüvvədən sala bilər.
Yeni redaktəyə əsasən, uşaq təhlükəsizliyi və şəxsi hüquqlarla bağlı bəzi istisnalar nəzərdə tutulur. Lakin bu istisnaların “AI sistemlərinə həddindən artıq yük yaratmaması” tələb olunur – bu isə hüquqi qeyri-müəyyənlik yaradır.
Təklifin büdcə sənədinə daxil edilməsi üçün senator Cruz moratoruma əməl olunmasını genişzolaqlı internet layihələri üçün ayrılan federal maliyyənin verilməsi ilə şərtləndirib. Bu isə tənqidçilərə görə ştatları süni intellekt təhlükələrindən qoruma və infrastruktur arasında seçimə məcbur edir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMiras yolu ilə milyarder olanların sayı rekord həddə çatdı - SƏHƏR OXUSU
15.12.2025Bakının məşhur universitetində söküntü işləri başlayır
14.12.2025“Financial Times” “İlin Adamı”nı elan etdi
14.12.2025Yığımlarda 2 dəfədən çox artım, ödənişlərdə isə 60% azalma
14.12.2025Bakıda ət bahalaşdı - YENİ QİYMƏT
14.12.2025Nizamidə eyni mənzil bir neçə nəfərə satılıb? - VİDEO
14.12.2025Səudiyyə Ərəbistanının vəliəhdi "Barselona"nı almaq istəyir - Qiymət
14.12.2025Pivə istehsalı artdı
14.12.2025Dünyanın ən qeyri-adi Yeni il adətləri
14.12.2025Bakının mərkəzində TƏHLÜKƏ: Torpaq sürüşməsi riski
14.12.2025Böyük pulları tərk edən CEO-lar
14.12.2025Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
14.12.2025Sumqayıtda böyük söküntü başlayır - VİDEO
14.12.2025Polkovnik Ramil Səfərovun xanımına vəzifə verildi
14.12.2025Azərbaycanda noutbuk istehsalı 14,9 dəfə artıb
14.12.2025Xətaidə iki ildir abadlıq işləri niyə yarımçıq qalıb? - VİDEO
14.12.2025Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?
14.12.2025Ofisdə işləməkdən imtina edib qlobal HR platforması qurdu - SƏHƏR OXUSU
14.12.2025