Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən &ldquo;Yerli şirkətlərin tanıtım sərgisi&rdquo; başa çatdı<span style="color:#ff0000">&reg;</span>

Redaktor

21.06.2025 16:15
444

Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “Yerli şirkətlərin tanıtım sərgisi” başa çatdı®

18-21 iyun 2025-ci il tarixində paytaxt Bakıda 300-ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilib. Kapital Bank-ın rəsmi tərəfdaşlığı ilə keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” yerli məhsul və xidmətlərin təqdim edildiyi ən böyük platformalardan biridir.

Sərginin açılışına həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, ictimai birliklərin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. Tədbirdə çıxış edən Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə ölkə əhəmiyyətli bu layihədə tərəfdaş olmaqdan qürur duyduğunu bildirib: “Artıq 6 ildir ki, bank olaraq bu layihədə Marsol ilə bir yolda addımlayırıq. Biz bunu tərəfdaşlıqdan daha çox, ölkəmizdə sahibkarlığın inkişafına xidmət edən dostluq missiyası kimi görürük. Hamımız bilirik ki, uğur heç vaxt təkbaşına mümkün olmur. Bir ideyanın böyüyüb güclü biznesə çevrilməsi üçün cəsarətli addımlarla bərabər münbit şərait olmalıdır. Məhz bu şəraitin formalaşmasında dövlətimizin rolu əvəzsizdir. Biz də bu siyasətə dəstək olmaq üçün fokusumuzu sahibkarlara zaman qazandıracaq, müasir dövrün tələbi olan rəqəmsal həllərə yönəltmişik. Bu məqsədlə yaratdığımız Birbank Biznes platforması bu gün sadəcə bir mobil tətbiqi deyil, həm də sakibkarların etibarlı rəqəmsal köməkçisidir. Hazırda 27 mindən çox hüquqi şəxs və 115 mindən çox fərdi sahibkar gündəlik maliyyə əməliyyatlarını bizə etibar edir. Bu rəqəmlərin arxasında dayanan etimad bizim üçün ən böyük dəyərdir”.

Qeyd edək ki, 30 000-ə yaxın ziyarətçinin qatıldığı sərgidə 10 KOB subyektinin məhsul və xidmətlərini təqdim etməsi üçün KOBİA tərəfindən xüsusi şərait yaradılıb. Belə ki, sənaye, tekstil, qida, xidmət, tikinti, əl işləri, parfümeriya kimi sahələrdə fəaliyyət göstərən həmin mikro və kiçik sahibkarlıq subyektləri sərgidə ödənişsiz olaraq iştirak ediblər.

Layihənin həyata keçirilməsində məqsəd yerli şirkətlərin məhsul və xidmətlərini, xüsusilə də ilk dəfə bazara çıxarılacaq brendləri geniş ictimaiyyətə tanıtmaq, xarici bazarlara çıxış imkanlarını artırmaq və biznes subyektləri arasında qarşılıqlı faydalı əməkdaşlıqları təşviq etməkdir.

Bakı Ekspo Mərkəzində keçirilən sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, həmçinin Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) oldu tərəfdaşlığı ilə baş tutub. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

 Dünyanın ən qeyri-adi Yeni il adətləri

14.12.2025

Bakının mərkəzində TƏHLÜKƏ: Torpaq sürüşməsi riski

14.12.2025

Böyük pulları tərk edən CEO-lar

14.12.2025

Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI

14.12.2025

Sumqayıtda böyük söküntü başlayır - VİDEO

14.12.2025

Polkovnik Ramil Səfərovun xanımına vəzifə verildi

14.12.2025

Azərbaycanda noutbuk istehsalı 14,9 dəfə artıb

14.12.2025

Xətaidə iki ildir abadlıq işləri niyə yarımçıq qalıb? - VİDEO

14.12.2025

Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?

14.12.2025

Ofisdə işləməkdən imtina edib qlobal HR platforması qurdu - SƏHƏR OXUSU

14.12.2025
Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var

Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var

13.12.2025

Rusiya xüsusi təyinatlı polisi Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi

13.12.2025

Ən bahalı "Dodge" avtomobilləri: sürət, güc və klassikanın birləşməsi

13.12.2025

DGK FHN rəisini cərimələdi: Nümayəndəsi Maliyyə Nazirliyini günahlandırdı

13.12.2025

"Apple" ilə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üzrə birgə layihələr reallaşdırıla bilər

13.12.2025

Sərnişinlər metrodan daha az istifadə edib

13.12.2025

Gələn ildən bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq

13.12.2025

Binaların dağılmadan mühafizəsi ilə bağlı yeni qaydalar təsdiqlənib

13.12.2025
Rəqəmsal dövlətə keçid: Azərbaycanın yeni Yol Xəritəsi nə vəd edir?

Rəqəmsal dövlətə keçid: Azərbaycanın yeni Yol Xəritəsi nə vəd edir?

13.12.2025

SOCAR və Neft Fondunun təsisçisi olduğu şirkət ilkin kapitalını azaldıb

13.12.2025

Məzənnə

Yüklənir...