Eyni məhsul niyə bir mağazada baha, digərində ucuzdur?

Redaktor

19.06.2025 09:30
402

Eyni məhsul niyə bir mağazada baha, digərində ucuzdur?

Bakının müxtəlif ticarət obyektlərində, supermarketlərdə və mağazalarında bir çox insan bu sualla qarşılaşır: eyni məhsul niyə bir yerdə 3 manat, başqa bir yerdə isə 5 manata satılır? Bu qiymət fərqi bəzən fərqli keyfiyyət və ya marka ilə izah oluna bilər, lakin çox vaxt eyni məhsul – eyni qablaşdırma, eyni istehsal tarixi – fərqli ünvanlarda ciddi qiymət fərqi ilə təqdim olunur.
Valyuta.az xəbər verir ki, şəhərin mərkəzində (Tarqovu (Nizami küçəsi), İçərişəhər, Sahil) kəskin qiymət artımı müşahidə olunur. Bu ərazilərdə qiymətlər digərlərinə nisbətən daha bahadır.

Bəs bu qiymət fərqinin səbəbi nədir?

Yerin icarəsi

Şəhərin mərkəzindəki mağazalar daha yüksək icarə haqqı ödəyir. Satıcı bu xərci kompensasiya etmək üçün məhsula əlavə qiymət qoyur. Elə buna görə də Nizami küçəsindəki marketlə Binə qəsəbəsindəki market arasında qiymət fərqi normal hala çevrilib.

Müştəri axını və davamlı satış

Mərkəzi obyektlərdə davamlı müştəri axını vardır. Bu, əlavə reklam xərci olmadan satışı sürətləndirir və satış həcmi qiymət artımını kompensasiya edir.
Ticarət strategiyaları və seqmentasiya
Eyni məhsul müxtəlif alıcı qruplarına fərqli qiymətlərlə təqdim edilir. Mərkəzi yerlərdə gəliri yüksək olan auditoriyaya yönəlməklə qiymətlər şişirdilir. Yəni məhsulun qiyməti həmin auditoriyadakı insanların yaşama səviyyəsinə uyğun təyin edilir.

Rəqabət azlığı

Bəzi mərkəzi obyektlərdə alternativ seçimlər az olduğundan qiymətlər süni şəkildə yüksək saxlanılır.

Alıcı psixologiyası

Bir çox alıcı "bahalı olan daha yaxşıdır" düşüncəsi ilə alış edir. Satıcılar da bundan istifadə edərək, mərkəzi yerlərdə qiymətləri yüksəldirlər. Məkanın prestiji, işıqlı vitrinlər və musiqi fonu məhsulu daha "dəyərli" göstərir.

Bəs bu halda alıcılar nə etməlidir?

Qiyməti müqayisə etmədən alış etməmək, eyni ticarət şəbəkəsinin fərqli filiallarında qiymətlərə baxmaq, endirimlərə və təkliflərə diqqət yetirmək, onlayn satışlara da baxmağınız tövsiyə olunur.
Qısası, baha olmaq keyfiyyət demək deyil, ucuz olmaq isə hər zaman keyfiyyətsizliyi göstərmir. Ağıllı istehlakçı olmaq üçün seçimlərə diqqətlə yanaşmaq kifayətdir.

Tənzilə Ağabalayeva

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakının mərkəzində TƏHLÜKƏ: Torpaq sürüşməsi riski

14.12.2025

Böyük pulları tərk edən CEO-lar

14.12.2025

Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI

14.12.2025

Sumqayıtda böyük söküntü başlayır - VİDEO

14.12.2025

Polkovnik Ramil Səfərovun xanımına vəzifə verildi

14.12.2025

Azərbaycanda noutbuk istehsalı 14,9 dəfə artıb

14.12.2025

Xətaidə iki ildir abadlıq işləri niyə yarımçıq qalıb? - VİDEO

14.12.2025

Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?

14.12.2025

Ofisdə işləməkdən imtina edib qlobal HR platforması qurdu - SƏHƏR OXUSU

14.12.2025
Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var

Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var

13.12.2025

Rusiya xüsusi təyinatlı polisi Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi

13.12.2025

Ən bahalı "Dodge" avtomobilləri: sürət, güc və klassikanın birləşməsi

13.12.2025

DGK FHN rəisini cərimələdi: Nümayəndəsi Maliyyə Nazirliyini günahlandırdı

13.12.2025

"Apple" ilə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üzrə birgə layihələr reallaşdırıla bilər

13.12.2025

Sərnişinlər metrodan daha az istifadə edib

13.12.2025

Gələn ildən bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq

13.12.2025

Binaların dağılmadan mühafizəsi ilə bağlı yeni qaydalar təsdiqlənib

13.12.2025
Rəqəmsal dövlətə keçid: Azərbaycanın yeni Yol Xəritəsi nə vəd edir?

Rəqəmsal dövlətə keçid: Azərbaycanın yeni Yol Xəritəsi nə vəd edir?

13.12.2025

SOCAR və Neft Fondunun təsisçisi olduğu şirkət ilkin kapitalını azaldıb

13.12.2025

Rəşad Nəbiyev “NVIDIA”, “Meta” və AMD rəhbərliyi ilə nəyi müzakirə edib? - FOTO

13.12.2025

Məzənnə

Yüklənir...