Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Redaktor

15.06.2025 16:10
175

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Yer üzündəki qızılın böyük hissəsi konsentrləşmiş yataqlarda deyil, seyrək şəkildə yayılıb. İnsanlar isə artıq çıxarıla bilən ehtiyatların mühüm hissəsini əldə ediblər.

Valyuta.az xəbər verr ki, Qaynarinfo-nun "Live Science" nəşrinə istinadən məlumatına görə, ABŞ Geoloji Xidməti (USGS) bildirir ki, tarixboyu insanların dağ süxurlarından və çaylardan ümumilikdə 206 min ton qızıl çıxardığı təxmin edilir. Digər məlumatlara görə isə bu göstərici daha yüksəkdir - Dünya Qızıl Şurasının hesablamalarına əsasən, bu günədək 238 391 ton qızıl hasil olunub.

Bu qızılın təxminən:

* 45 faizi zinət əşyalarının hazırlanmasına sərf olunub;
* 22 faizi qızıl külçələr və sikkələr şəklində şəxsi kolleksiyalarda saxlanılır;
* 17 faizi isə dünya ölkələrinin mərkəzi banklarında ehtiyat kimi qorunur.

USGS-nin son hesabatında qeyd olunur ki, dünyada iqtisadi baxımdan çıxarılması mümkün olan 70 550 ton qızıl hələ də yerin dərinliklərində mövcuddur. Ən böyük çıxarılmamış ehtiyatlar Rusiya, Avstraliya və Cənubi Afrikada yerləşsə də, 2024-cü ildə ən çox qızıl hasil edən ölkə Çin olub.

Dünya Qızıl Şurasının məlumatına əsasən, qlobal ehtiyatlar 60 370 ton, potensial resurslar isə təqribən 145 626 ton səviyyəsində qiymətləndirilir. Bu göstəriciləri birləşdirərək USGS və Dünya Qızıl Şurası alimləri belə qənaətə gəlirlər ki, insan tərəfindən yaradılmış obyektlərdə və məlum geoloji yataqlarda ümumilikdə 277 000-299 000 ton arası qızıl mövcuddur.

Bundan əlavə, Kaliforniya Berkli Universitetinin alimlərinin məlumatına görə, qızıl hissəcikləri və xırda samorodoklar yer qabığında demək olar hər yerdə rast gəlinir. Xüsusilə, dəniz suyunda və maqmatik süxurlarda bu cür izlər çox yayılıb. Yer qabığında qızılın konsentrasiyası orta hesabla milyarda 4 hissə, yəni bir ton süxurda təxminən 0,004 qram təşkil edir. Bütün bu dağınıq hissəciklərin cəmi 441 milyon ton qızıl edərdi - ancaq bu, hələ son deyil.

Geoloqlar bildirirlər ki, planetin nüvəsində Yerdəki qızılın 99 faizi yerləşir. Bu qədər qızıl, nəzəri cəhətdən, Yer səthini 0,5 metr qalınlığında qızıl təbəqə ilə örtməyə kifayət edərdi.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu mayenin hər litrinə 100 manat aksiz tətbiq edilecek

16.12.2025

Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları - ÖLKƏLƏR

16.12.2025

Birbank-dan bayram sürprizi: metroda gediş haqqına 50% endirim edildi ®

16.12.2025

Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı

16.12.2025

Nazir sabiq bankiri sədr müavini təyin etdi

16.12.2025

Bazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi?

16.12.2025

Azərbaycanda elektron siqaretlər qadağan olunur

16.12.2025

Məsafədən iş əmək müqaviləsilə olacaq

16.12.2025

Alimentlərə görə işçinin əməkhaqqından bu qədər tutulacaq

16.12.2025

Bu şəxslərə orta əmək haqqının 3 misli miqdarında müavinət ödəniləcək

16.12.2025

Bir elektromobilin orta qiyməti 50 min manata düşüb

16.12.2025

İşəgötürən işçini razılığı olmadan məzuniyyətə göndərə biləcək

16.12.2025

Borcu olan bu şirkətin möhürü də itdi

16.12.2025

Azərbaycan xaricdən geyim almağa 400 milyon dollardan çox xərc çəkib

16.12.2025

Azərbaycandan ən çox məhsul alan ölkələr - CƏDVƏL

16.12.2025

46 təqvim günündən az olmayaraq məzuniyyət verilən işçilərin siyahısı dəyişir

16.12.2025

Bu istiqamətdə əlavə qatar reysləri təyin edilib

16.12.2025

Bank olmayan kredit təşkilatlarına kredit qoyuluşu artıb

16.12.2025

Bakıda Yeni il yolkalarının qiymətləri - SİYAHI

16.12.2025

Rəşad Cabirli: Azərbaycanda iqtisadi şaxələndirmə indeksi aşağıdır

16.12.2025

Məzənnə

Yüklənir...