Redaktor
Karqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib?
Fərdi sahibkar malların sifariş əsasında ölkəyə gətirilməsi üzrə karqo fəaliyyətini həyata keçirir və vergi orqanında uçotda olan iki obyekti var. Ötən il yalnız bir obyekti olan şəxslərdən vergi orqanına məlumat formasını vermək tələb olunmurdu. Həmin tələblərə bu ildən hər hansı dəyişiklik edilibmi?
Valyuta.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsində edilmiş dəyişikliklərə əsasən, idxal ediləcək mallar barədə müvafiq məlumat forması yalnız mallar digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi və mallar sifariş əsasında gətirildiyi halda vergi orqanına təqdim olunur.
Eyni zamanda, vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir və ya bir neçə təsərrüfat subyekti (obyekti) olduğu halda, bu maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir. Bu zaman idxal edilmiş mallar həmin təsərrüfat subyektinə (obyektinə) və ya təsərrüfat subyektlərinə (obyektlərinə) boşaldılmış hesab olunur. Qeyd edilən maddənin tələbləri qeyri-sahibkarlıq və şəxsi istifadə üçün idxal olunan mallara münasibətdə şamil edilmir.
Sözügedən maddənin sonunda göstərilən vergi orqanında uçota alınmış bir və ya bir neçə təsərrüfat subyekti (obyekti) olan vergi ödəyiciləri tərəfindən məlumat formasının vergi orqanına təqdim olunmaması barədə müddəalar öz fəaliyyəti üzrə malları idxal edən və vergi orqanında uçota alınmış təsərrüfat subyektində (obyektində) və ya təsərrüfat subyektlərində (obyektlərində) mallarını saxlayan (boşaldan) vergi ödəyicilərinə aiddir.
Buna əsasən, malların digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi və malların sifariş əsasında gətirildiyi hallar üzrə belə vergi ödəyicilərinin vergi orqanında uçota alınmış təsərrüfat subyektinin (obyektinin) olmasından asılı olmayaraq, müvafiq məlumat forması vergi orqanına təqdim edilməlidir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakının mərkəzində TƏHLÜKƏ: Torpaq sürüşməsi riski
14.12.2025Böyük pulları tərk edən CEO-lar
14.12.2025Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
14.12.2025Sumqayıtda böyük söküntü başlayır - VİDEO
14.12.2025Polkovnik Ramil Səfərovun xanımına vəzifə verildi
14.12.2025Azərbaycanda noutbuk istehsalı 14,9 dəfə artıb
14.12.2025Xətaidə iki ildir abadlıq işləri niyə yarımçıq qalıb? - VİDEO
14.12.2025Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?
14.12.2025Ofisdə işləməkdən imtina edib qlobal HR platforması qurdu - SƏHƏR OXUSU
14.12.2025
Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var
13.12.2025Rusiya xüsusi təyinatlı polisi Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi
13.12.2025Ən bahalı "Dodge" avtomobilləri: sürət, güc və klassikanın birləşməsi
13.12.2025DGK FHN rəisini cərimələdi: Nümayəndəsi Maliyyə Nazirliyini günahlandırdı
13.12.2025"Apple" ilə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üzrə birgə layihələr reallaşdırıla bilər
13.12.2025Sərnişinlər metrodan daha az istifadə edib
13.12.2025Gələn ildən bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq
13.12.2025Binaların dağılmadan mühafizəsi ilə bağlı yeni qaydalar təsdiqlənib
13.12.2025