Azərbaycanlının qurduğu Payrails 32 milyon dollar investisiya alıb

Redaktor

12.06.2025 16:40
499

Azərbaycanlının qurduğu Payrails 32 milyon dollar investisiya alıb

Qlobal ödəniş proqram təminatı şirkəti olan Payrails, ödəniş əməliyyatlarını tam nəzarətdə saxlamaq istəyən müəssisələrə dəstək olmaq məqsədilə 32 milyon dollar dəyərində A Seriyası investisiya raundunu uğurla başa vurduğunu elan edib.

Bu yeni maliyyə vəsaiti məhsul innovasiyalarını sürətləndirmək, məhsul xəritəsini genişləndirmək və Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionlarında artan müəssisə tələbatını ödəmək üçün istifadə ediləcək.

İnvestisiya raunduna HV Capital rəhbərlik edib və əvvəlki investorlar olan EQT Ventures, General Catalyst və Andreessen Horowitz də iştirak ediblər. Beləliklə, Payrails indiyədək ümumilikdə 52.8 milyon dollardan çox maliyyə cəlb etmiş olur.

Fintech liderlərinin qurduğu güclü komanda

Payrails, Delivery Hero şirkətinin keçmiş fintech rəhbərləri tərəfindən təsis edilib. Startapı Orxan Abdullayev, Emre Talay və  Nikolas Thouzeaudan təsis ediblər. Komanda beynəlxalq səviyyədə miqyaslana bilən maliyyə infrastrukturlarının qurulmasında geniş təcrübəyə sahibdir. Yeni investisiyalar sayəsində Payrails özünü iri müəssisələr üçün ödəniş sahəsində lider platforma kimi möhkəmləndirir.

Sürətli böyümə və artan tələbat

Bu il Avropada fintech sahəsində ən böyük A seriyası investisiya raundlarından biri olan bu maliyyələşmə, Payrails-in sürətlə böyüdüyü bir dövrə təsadüf edir. Şirkət 2024-cü ildə hər gün 1 milyondan çox ödəniş əməliyyatını idarə edib, Avropa və MENA bölgəsində 30 yeni bazara daxil olub və mobilite, e-ticarət, səyahət, maliyyə xidmətləri və abunə platformaları da daxil olmaqla bir çox sektordan iri müəssisə müştərilər cəlb edib.

Puma, Vinted, Flix, InDrive, Just Eat Takeaway və Careem kimi qlobal brendlər Payrails platformasına etibar edir.

Payrails-in CEO-su Orxan Abdullayev deyir:

“Müştərilərimizin və investorlarımızın bizə göstərdiyi etimada görə minnətdarıq. Onların dəstəyi sayəsində müəssisələrə ödəniş əməliyyatlarını mərkəzləşdirilmiş şəkildə idarə etmək və bu sahədə innovasiya yaratmaq imkanı veririk. Yeni maliyyələşmə ilə məhsul inkişafına daha çox diqqət yetirəcəyik və bütün ödəniş dövrünü əhatə edən çoxfunksiyalı platformamızı genişləndirəcəyik.”

Müəssisələr üçün kompleks problemlərin həlli

İri müəssisələrdə ödəniş sistemlərinin idarəsi getdikcə daha çətinləşir – fərqli bazarlarda yerli ödəniş üsullarını dəstəkləmək, çoxsaylı xidmət təminatçılarını birləşdirmək, daxili sistemlərlə sinxronlaşmaq və eyni zamanda müştəri təcrübəsini yüksək səviyyədə saxlamaq tələb olunur. Payrails bu problemləri özünün modul memarlığa malik ödəniş əməliyyat sistemi ilə həll edir.

Payrails 100-dən çox inteqrasiyaya sahibdir və Stripe, Adyen, Forter, SAP, Salesforce, Snowflake kimi aparıcı texnoloji həllərlə uyğun şəkildə işləyir.

Payrails haqqında

2021-ci ildə Berlində təsis olunan Payrails, iri müəssisələrin ödəniş əməliyyatlarını idarə etməsinə və performansını artırmasına kömək edən qlobal ödəniş proqram təminatı şirkətidir. Platforma ödənişlərin bütün dövrünü əhatə edən modul struktura malikdir və irimiqyaslı müştərilər üçün çeviklik, şəffaflıq və nəzarət imkanı yaradır.

©tech.az

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Səudiyyə Ərəbistanının vəliəhdi "Barselona"nı almaq istəyir - Qiymət

14.12.2025

Pivə istehsalı artdı

14.12.2025

 Dünyanın ən qeyri-adi Yeni il adətləri

14.12.2025

Bakının mərkəzində TƏHLÜKƏ: Torpaq sürüşməsi riski

14.12.2025

Böyük pulları tərk edən CEO-lar

14.12.2025

Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI

14.12.2025

Sumqayıtda böyük söküntü başlayır - VİDEO

14.12.2025

Polkovnik Ramil Səfərovun xanımına vəzifə verildi

14.12.2025

Azərbaycanda noutbuk istehsalı 14,9 dəfə artıb

14.12.2025

Xətaidə iki ildir abadlıq işləri niyə yarımçıq qalıb? - VİDEO

14.12.2025

Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?

14.12.2025

Ofisdə işləməkdən imtina edib qlobal HR platforması qurdu - SƏHƏR OXUSU

14.12.2025
Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var

Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var

13.12.2025

Rusiya xüsusi təyinatlı polisi Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi

13.12.2025

Ən bahalı "Dodge" avtomobilləri: sürət, güc və klassikanın birləşməsi

13.12.2025

DGK FHN rəisini cərimələdi: Nümayəndəsi Maliyyə Nazirliyini günahlandırdı

13.12.2025

"Apple" ilə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üzrə birgə layihələr reallaşdırıla bilər

13.12.2025

Sərnişinlər metrodan daha az istifadə edib

13.12.2025

Gələn ildən bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq

13.12.2025

Binaların dağılmadan mühafizəsi ilə bağlı yeni qaydalar təsdiqlənib

13.12.2025

Məzənnə

Yüklənir...