Redaktor
Yas mərasimlərində yemək verənlər cərimələnəcək? - AÇIQLAMA
Azərbaycanın bir sıra rayonlarda yas mərasimləri ilə bağlı yeni qaydaların tətbiq edildiyi barədə məlumat yayılıb. İddialara görə, yas mərasimlərində yemək verən şəxslər cərimə olunacaq. Rəsmi qurumlar cərimə barədə xəbərləri təkzib eləsə də, rayon ağsaqqallarının yas mərasimlərinin sadələşdirilməsi barədə qərara gəldikləri bildirilir.
Qeyd edək ki, yas mərasimlərində verilən ehsanların miqyası və təşkili son illərdə cəmiyyətin diqqət mərkəzində olan məsələlər sırasındadır. Bəzi hallarda israfçılıq və göstərişə çevrilən ehsanların dini və etik çərçivələrə uyğun olub-olmaması suallar doğurur. Bu sahəyə hüquqi nəzarətin tətbiqi də təklif edilir.
Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin deputatı Ceyhun Məmmədov bildirib ki, buməsələni daha çox maarifləndirmə və təbliğat yolu ilə aradan qaldırmaq lazımdır.
"İlk növbədə insanlar özləri bu təşəbbüsə dəstək verməlidirlər. Son vaxtlar bəzi rayonlarımızda, o cümlədən Füzuli və digər bölgələrdə bu istiqamətdə müsbət nümunələr müşahidə olunur", - o qeyd edib.
Deputat bildirib ki, məsələnin hüquqi baxımdan tənzimlənməsinə gəldikdə, adətən bu kimi təşəbbüslər ictimai münasibətlər çərçivəsində qiymətləndirilir və məcburi qaydada qadağan olunması qeyri-mümkün hesab olunur:
“Lakin mən düşünürəm ki, bu sahəni hüquqi şəkildə tənzimləmək mümkündür. Bəzi Orta Asiya ölkələri artıq bu istiqamətdə addımlar atıblar. Azərbaycanda da bu məsələyə Milli Məclisin Əmək və sosial siyasət somitəsi baxa bilər. Əgər siyasi iradə olarsa, aidiyyəti qurumların və sosial sahə üzrə mütəxəssislərin iştirakı ilə qanun layihəsinin hazırlanması mümkündür”.
Deputat, cərimə məsələsinin müzakirə oluna biləcəyini də vurğulayıb:
“Əgər konkret qaydalar qəbul olunarsa, onların pozulmasına görə məsuliyyətin müəyyənləşdirilməsi də əsaslandırıla bilər. Çünki bu gün yas mərasimləri cəmiyyətimizdə ciddi israfçılıqla müşayiət olunur və bu, həm mənəvi, həm də iqtisadi baxımdan insanlara əlavə yük yaradır. Bununla belə, hesab edirəm ki, məcburiyyət və cərimədən daha çox maarifləndirmə yolu ilə bu məsələnin həlli daha məqsədəuyğundur. Cəmiyyətin özü bu dəyişiklikləri qəbul etməli və tətbiq etməyə hazır olmalıdır, -deyə C.Məmmədov qeyd edib”.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSumqayıtda böyük söküntü başlayır - VİDEO
14.12.2025Polkovnik Ramil Səfərovun xanımına vəzifə verildi
14.12.2025Azərbaycanda noutbuk istehsalı 14,9 dəfə artıb
14.12.2025Xətaidə iki ildir abadlıq işləri niyə yarımçıq qalıb? - VİDEO
14.12.2025Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?
14.12.2025Ofisdə işləməkdən imtina edib qlobal HR platforması qurdu - SƏHƏR OXUSU
14.12.2025
Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var
13.12.2025Rusiya xüsusi təyinatlı polisi Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi
13.12.2025Ən bahalı "Dodge" avtomobilləri: sürət, güc və klassikanın birləşməsi
13.12.2025DGK FHN rəisini cərimələdi: Nümayəndəsi Maliyyə Nazirliyini günahlandırdı
13.12.2025"Apple" ilə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üzrə birgə layihələr reallaşdırıla bilər
13.12.2025Sərnişinlər metrodan daha az istifadə edib
13.12.2025Gələn ildən bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq
13.12.2025Binaların dağılmadan mühafizəsi ilə bağlı yeni qaydalar təsdiqlənib
13.12.2025
Rəqəmsal dövlətə keçid: Azərbaycanın yeni Yol Xəritəsi nə vəd edir?
13.12.2025SOCAR və Neft Fondunun təsisçisi olduğu şirkət ilkin kapitalını azaldıb
13.12.2025Rəşad Nəbiyev “NVIDIA”, “Meta” və AMD rəhbərliyi ilə nəyi müzakirə edib? - FOTO
13.12.2025Əhali bank sisteminə güvənmir - İqtisadçı
13.12.2025
Gələn ildən telefon və noutbuklar zəifləyəcək
13.12.2025