
Bank kartlarının üzərindəki 16 rəqəm nə deyir?
Müasir dövrdə bank kartları gündəlik maliyyə əməliyyatlarımızın ayrılmaz hissəsinə çevrilib. Mağazada alış-verişdən tutmuş, onlayn ödənişlərə qədər bir çox sahədə istifadə etdiyimiz bu kartların üzərində olan 16 rəqəm əksər hallarda diqqətdən yayınır. Lakin bu rəqəmlər sadəcə təsadüfi şəkildə seçilmir. Bu rəqəmlərin hər biri müəyyən məna daşıyır və kartın təhlükəsizliyi, bank tərəfindən tanınması, eləcə də əməliyyatların düzgün aparılması üçün mühüm rol oynayır.
Valyuta.az bank kartlarındakı 16 rəqəm haqqında məlumatları təqdim edir.
Debet və ya kredit kartlarında olan 16 rəqəm təsadüfi seçilmir. Onların hər birinin öz mənası və funksiyası var. Bu 16 rəqəm ingilis dilində Əsas Hesab (Nömrəsi Primary Account Number) adlanır və aşağıdakı hissələrə bölünür:
Bank İdentifikasiya Nömrəsi / Emitent İdentifikasiya Nömrəsi (BIN / IIN) – ilk 6 rəqəm
Bu rəqəmlər kartı verən bankı və ya maliyyə təşkilatını təyin edir. Məsələn, "VISA" kartları adətən 4 ilə, "MasterCard"lar 5 ilə başlayır. Qalan 5 rəqəm həmin bank və ya təşkilatın spesifik kodunu göstərir.
Hesab nömrəsi – növbəti 9, yəni 7-15-ci rəqəmlər arası
Bu hissə kart sahibinin fərdi hesab nömrəsidir. Bu nömrə vasitəsilə bank müştəriləri bir-birindən ayırır.
Yoxlama rəqəmi (Check Digit) – 16-cı rəqəm
Bu rəqəm Luhn alqoritmi ilə hesablanır və kart nömrəsinin doğru daxil olunub-olunmadığını yoxlamaq üçün istifadə olunur. Yəni bu, təhlükəsizlik məqsədilə əlavə olunur.
Bəzi kartlar 15 (American Express) və ya 19 rəqəmdən də ibarət ola bilər.
Bu 16 rəqəm təhlükəsizlik baxımından mühümdür və heç vaxt başqaları ilə paylaşılmamalıdır.
Günay
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay