
05.06.2025 / 16:22
“Şinkar Holdinq” Xocalıda 63 evin təmiri üçün 3,3 milyon alacaq
71655
Xocalı rayonunun Ballıca kəndində 63 fərdi yaşayış evində cari təmir işləri aparılacaq.
Valyuta.az xəbər verir ki, Xankəndi Şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla əlaqədar “Şinkar Holdinq” şirkəti ilə satınalma müqaviləsi bağlayıb.
Təmir işlərinə 3 312 708,4 manat xərclənir. Bu halda bir evin təmiri orta hesabla 52 582 manata başa gəlir. Bu satınalma müqaviləsi açıq tender keçirilmədən, bir mənbə metodu ilə bağlanıb.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay