
05.06.2025 / 15:05
AccessBank-da yeni təyinat
71644
AccessBank-da yeni struktur dəyişiklikləri baş verib.
Valyuta.Az-ın verdiyi xəbərə görə, 1 iyun 2025-ci il tarixindən etibarən Elgin Cümşüdov bankın Baş Satış İnzibatçısı vəzifəsinə təyin edilib.
Elgin Cümşüdovun AccessBank-da 20 illik peşəkar təcrübəsi var. O, bundan öncə Kredit Back Office Departamentinin rəhbəri, Qeyri-Kredit Məhsulları və Bank Xidmətləri üzrə Direktor vəzifələrində çalışıb. Ardınca isə Pərakəndə Bankçılıq Departamentinin rəhbər müavini, son təyinata qədər isə həmin Departamentin rəhbəri vəzifəsində fəaliyyət göstərib.
Elgin Cümşüdov bakalavr təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, magistr təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində alıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay