Gənc yaşında evsiz qalır, mağazalardan oğurluq edərək yaşayır - Öz brendini quran qadının hekayəsi

Redaktor

20.05.2025 09:25
945

Gənc yaşında evsiz qalır, mağazalardan oğurluq edərək yaşayır - Öz brendini quran qadının hekayəsi

"Nasty Gal" brendinin qurucusu, "Girlboss" platformasının təsisçisi Sofiya Kristina Amoruso ABŞ-nin Kaliforniya ştatında dünyaya gəlib. Sahibkar, yazıçı, investor, motivasiya siması olan bu sahibkarın çətin, kəşməkeşli yolu olub. 

Sofiya Kristina Amoruso uşaqlıqda DEHB (Diqqət Əskikliyi və Hiperaktivlik) diaqnozu qoyulur. Məktəbdən ayrılan Sofiya gənc yaşlarında evsiz qalır, mağazalardan oğurluq etməyə başlayır. Beləcə həyatını davam etdirir. 

Gənc yaşlarında evi belə olmayan Sofiyanın öz şəxsi brendini qurması asan başa gəlmir. Bütün çətinliklərə baxmayaraq, 22 yaşında o həyatının ən mühüm qərarlarını almağa başlayır. İş həyatına atılan  Sofiya eBay-də vintage (ikinci əl) qadın geyimləri satmağa başlayır. Hər şeyi öz-özünə edir, məhsulları əl ilə seçir, modaya uyğunlaşdırır, şəkillərini çəkir və yaradıcı təsvirlərlə yerləşdirməyə başlayır. Məhsullara şəxsi üslub qatır, sosial mediadan istifadə edərək müştəri bazası qurmağa başlayır. O, beləcə hədəf kütləsi ilə dil tapmağı bacarır.

100 milyon dollarlıq gəlir

Bir zamanlar mağazalardan oğurluq edərək həyatda qalmağa çalışan Sofiya 2008-ci ildə “eBay”dan ayrılır, “Nasty Gal Vintage" adında öz veb saytını qurur. Bu veb saytı 4 il sonra - 2012-ci ildə 100 milyon dollardan çox gəlir əldə edir. Hətta şirkəti ən sürətlə böyüyən pərakəndə şirkətlərindən biri olur. Hansı ölkədə yaşamağımızdan asıllı olmayaraq biznes qurmaq müəyyən vaxt məsuliyyət və risk tələb edir. Məhz Sofiya da riskləri öz üzərinə götürə bilir. O, 2013-cü ildə "Forbes" tərəfindən "30 yaşdan aşağı sahibkar qadınlar" siyahısına daxil olunur. 

Gənc sahibkarın şirkəti iflas dalğasında 

Hər bir biznesin çətin dönəmləri olduğu kimi Sofiyanın biznesi də iflas dalğasına düşür. Belə ki, "Nasty Gal" sürətlə böyüsə də, korporativ idarəetmə təcrübəsinin azlığı, daxili ixtilaflar və işçi narazılıqları səbəbi ilə çətin vəziyyətdə qalır. 2015-ci ildən narazılıqlar artmağa başlayır. 2016-cı ildə şirkət maliyyə iflası elan edir. Nəticədə Amoruso CEO vəzifəsindən istefa edir. 2017-ci ildə brend "Boohoo" şirkəti tərəfindən 20 milyon dollara satın alınır.

Gənc sahibkar fenomenə çevrilir

Həyatda təcrübə qazanmaq qədər, təcrübəni paylaşmaq, yol göstərmək də önəmlidir. Sofiya da keçdiyi çətin yolu, bioqrafiyasını kitab səhifələrinə sığdıra bilir. Onun 2014-cü ildə “Girlboss” adlı avtobioqrafik kitabı çap olunur. Həyatından bəhs edən bu kitab “New York Times” bestseller siyahısına düşür. Bu kitab qadın sahibkarlığı və öz gücünü tapmaq haqqında motivasiya qaynağına çevrilir. 2017-ci ildə Netflix bu kitab əsasında "Girlboss" adlı 1 mövsümlük serial hazırlayır.

Yeni platforma - Qadınların ilham məkanı

Həyatda gənc yaşlarında artıq bir təcrübə qazanmış sahibkar qadın şirkət iflasından sonra geri çəkilmir. Sofiya Amoruso "Nasty Gal" iflasından sonra 2017-ci ildə “Girlboss Media” adlı yeni platforma qurur. Qadınlar üçün konfranslar, bloqlar, podkastlar və onlayn kurslar təşkil edir. Sahibkar qadınların bir-birindən öyrənməsi üçün şəbəkələşmə və ilham məkanı yaradır. O, 2022-ci ildən etibarən əlavə mentorluq platformaları, investisiya proqramları və yazarlıq fəaliyyətləri ilə məşğul olur. Gənc sahibkar “Forbes”, “Inc”, “Fast Company” və “Fortune” kimi platformalarda qadın sahibkarlığının siması kimi təqdim olunub. Sofiya Amorusonun "Girlboss" anlayışı qlobal feminizm və qadın biznes ədəbiyyatında yeni bir dalğa yaradır.

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Pivə istehsalı artdı

14.12.2025

 Dünyanın ən qeyri-adi Yeni il adətləri

14.12.2025

Bakının mərkəzində TƏHLÜKƏ: Torpaq sürüşməsi riski

14.12.2025

Böyük pulları tərk edən CEO-lar

14.12.2025

Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI

14.12.2025

Sumqayıtda böyük söküntü başlayır - VİDEO

14.12.2025

Polkovnik Ramil Səfərovun xanımına vəzifə verildi

14.12.2025

Azərbaycanda noutbuk istehsalı 14,9 dəfə artıb

14.12.2025

Xətaidə iki ildir abadlıq işləri niyə yarımçıq qalıb? - VİDEO

14.12.2025

Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?

14.12.2025

Ofisdə işləməkdən imtina edib qlobal HR platforması qurdu - SƏHƏR OXUSU

14.12.2025
Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var

Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var

13.12.2025

Rusiya xüsusi təyinatlı polisi Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi

13.12.2025

Ən bahalı "Dodge" avtomobilləri: sürət, güc və klassikanın birləşməsi

13.12.2025

DGK FHN rəisini cərimələdi: Nümayəndəsi Maliyyə Nazirliyini günahlandırdı

13.12.2025

"Apple" ilə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üzrə birgə layihələr reallaşdırıla bilər

13.12.2025

Sərnişinlər metrodan daha az istifadə edib

13.12.2025

Gələn ildən bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq

13.12.2025

Binaların dağılmadan mühafizəsi ilə bağlı yeni qaydalar təsdiqlənib

13.12.2025
Rəqəmsal dövlətə keçid: Azərbaycanın yeni Yol Xəritəsi nə vəd edir?

Rəqəmsal dövlətə keçid: Azərbaycanın yeni Yol Xəritəsi nə vəd edir?

13.12.2025

Məzənnə

Yüklənir...