BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9425
  • RUB
    2.1533
  • TRY
    0.0434
  • GBP
    2.2992
70370

Bazar iqtisadiyyatı şəraitində ailələrin maliyyə sabitliyi üçün planlı şəkildə hərəkət etməsi vacibdir. Gündəlik xərclərin artması, qəfil çıxan öhdəliklər və gəlirlə xərclər arasında yaranan tarazsızlıq bir çox ailəni çətin vəziyyətə salır. Belə halların qarşısını almağın və gələcəyi daha rahat planlamağın ən səmərəli yolu düzgün tərtib edilmiş ailə büdcəsidir. Bəs ailə büdcəsi necə hazırlanmalıdır? Gəlirləri və xərcləri necə planlamalı, necə qənaət etməliyik? 

Valyuta.az ailə büdcəsini hazırlamaqda yardım olacaq planlamanı təqdim edir:

İlk olaraq aylıq gəlirlərinizi dəqiq müəyyən edin. Çünki büdcə hazırlamaq üçün ilk addım real gəliri hesablamaqdır. Daha sonra isə xərclərinizi qruplaşdırın və yazın. Bütün xərcləri iki əsas kateqoriyaya bölün. Kirayə, ipoteka, kommunal ödənişlər, uşağın məktəb xərcləri kimi sabit xərclər və Dəyişkən xərclər (aydan aya dəyişir): Market alış-verişi, yol xərcləri, əyləncə və restoran, tibbi və qəfil xərclər kimi dəyişkən xərclərinizi müəyyənləşdirin. Bunun üçün son 3 ayın xərclərinə baxaraq ortalama rəqəmləri hesablayın. 

Özünüz üçün maliyyə məqsədləri müəyyən edin

Borcları ödəmək, tətil, maşın, mənzil üçün pul yığmaq kimi məqsədlər qoyun özünüzə. Çünki bu məqsədləriniz büdcə planlamasında prioritetləri təyin etməyə kömək edəcək. 

Gəlir və xərcləri müqayisə edin

Əgər xərcləriniz gəlirinizdən çoxdursa, qənaət edə biləcəyiniz sahələri tapın. Bundan başqa, artıq gəliriniz varsa, qənaət və ya investisiya məqsədi ilə yönləndirin. Həmişə bu qızıl qaydaya əməl edin. 

Gəlirinizin ən azı 10%-ni qənaət edin

Büdcənizi müəyyən etmək üçün gəlirinizi və xərclərinizi mütləq qeyd edin. Gəlirlərinizi və xərclərinizi bir dəftər tutub yaza, telefonunuzda, kopüterinizdə qeyd edə bilərsiniz. Rəqəmsal vasitələr statistika və qrafiklərlə xərcləri izləməyi asanlaşdırır. 

Büdcənin məsuliyyətini ailə üzvləri ilə paylaşın 

Büdcə yalnız bir nəfərin deyil, bütün ailənin məsuliyyətidir. Ailə üzvlərinin iştirakı daha real nəticələr verir. Uşaqlara sadə qənaət anlayışını öyrətmək, ər-arvadın xərclərdə şəffaf olması kimi məsələlərə diqqət edin. Ailə büdcəsi yaratmaq sadəcə xərcləri qeyd etmək deyil, maliyyə azadlığına doğru atılan ağıllı addımdır. Ailə büdcəsi formalaşdırmağa nə qədər tez başlayarsınızsa, bir o qədər stresssiz və planlı yaşamaq mümkündür. 

Günay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Toplanan 2,7 milyon manatlıq sığorta üzrə ödəniş edilməyib

Yüz milyonlarla smartfon sındırılma riski ilə üzləşdi

Dünyanın ən bahalı kitabı - 52 milyon manatlıq əlyazmada nə var idi?

Dünyanın ən bahalı kitabı - 52 milyon manatlıq əlyazmada nə var idi?

"Ford" 555 mindən çox avtomobilini geri çağırır

Hakim təyin olunanlardan 6-sı prokurorluq əməkdaşı imiş

Gəncədə işə düzəltmə və təqaüd dələduzluğu

Bir ekosistemi Money 20/20 Europe tədbirində: PashaPay və Mastercard strateji əməkdaşlığa başlayır®

"AZFEN"-in rəhbəri vəzifəsindən azad edilib

Pensiyalar vaxtından əvvəl veriləcək

Bu startap kiberhücuma məruz qaldı - Müştəri məlumatları və serverlər silindi

“Azərbaycan Dəmir Yolları”nda rəhbər vəzifəyə TƏYİNAT

“Azərbaycan Dəmir Yolları”nda rəhbər vəzifəyə TƏYİNAT

Əmək Məcəlləsinə dəyişiklik: Məzuniyyət qaydaları dəyişə bilər

Sabahdan 1-ci siniflərə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir

Xərçəng dərmanı üçün nəhəng ortaqlıq: 11,1 milyardlıq müqavilə imzalandı

Müəllimlərin əmək məzuniyyəti necə hesablanır? - QAYDALAR

“İçərişəhər”ə direktor təyin edildi - FOTO

Ağdamda 9 milyonluq binalar tikiləcək

Eldəniz Əmirov: "Koordinasiya zəifliyi var, sahibkar bir neçə quruma müraciət etməli olur"

Apteklərdə nöqsanlar aşkarlandı

Azərbaycanlı deputat vəzifəsini itirdi

İş və istirahət günlərinin yerləri dəyişdirildi

Vaqif Tağıyev: 1 aylıq istilik enerjisi 24-80 qəpiyə başa gəlir, amma tarif 30 qəpik müəyyən olunub

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Prezident Minifutbol Federasiyasına iki milyon manat ayırdı

Almaniyanın polad sənayesi iflasa uğraya bilər

Çin yüzlərlə "Airbus" təyyarəsi alacaq

Deputata məxsus olduğu deyilən şirkət 10 milyonluq tender uddu

İstanbuldan Gəncə və Naxçıvana aviabiletin qiymətləri məlum oldu

Avtobus sürücülərinə tapşırıq verildi - RƏSMİ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin