
Toplanan 2,7 milyon manatlıq sığorta üzrə ödəniş edilməyib
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən bəzi sığorta sinifləri üzrə sığorta haqqı toplansa da, heç bir ödəniş olunmayıb.
Valyuta.az xəbər verir ki, toplanan sığorta haqqının həcmi 2 milyon 779 min manat olub.
Sığorta haqqı toplanan, amma heç bir ödəniş olmayan sığorta sinifləri aşağıdakı kimidir:
Su nəqliyyat vasitələrinin sığortası: 200 min manat
Dəmiryol nəqliyyatı vasitələrinin sığortası: 22 min manat
İşçilərin dələduzluğu sığortası: 86 min manat
İşəgötürənin məsuliyyət sığortası: 161 min manat
Yük daşıyanın mülki məsuliyyətinin sığortası: 6 min manat
Su nəqliyyatı sahiblərinin mülki məsliyyətinin sığortası: 2 milyon 129 min manat
Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası: 150 min manat
İşin dayanması ilə bağlı risklərdən sığorta: 1000 manat
Digər icbari sığorta növləri: 24 min manat
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay