
Avropa "Infinera"nın "Nokia"ya satılmasına icazə verdi
Avropa Komissiyası bu gün ABŞ-nin optik yarımkeçiricilər və şəbəkə avadanlıqları istehsalçısı "Infinera"nın Finlandiyanın "Nokia" şirkəti tərəfindən 2,3 milyard dollara satın alınmasını şərtsiz təsdiqlədiyini açıqlayıb.
Valyuta.Az xəbər verir ki, komissiyanın bəyanatına görə, bu satınalma bazarda heç bir rəqabət problemi yaratmır, çünki hər iki şirkətin birlikdə optik nəqliyyat şəbəkəsindəki bazar payı orta səviyyədə qalacaq və hələ də güclü rəqiblərlə üzləşəcək.
Bu satınalma "Nokia"nı 20%-lik bazar payı ilə optik şəbəkə bazarında ikinci ən böyük tədarükçüyə çevirəcək. Lider mövqedə isə Qərb şirkətlərinin Çində zəif təmsil olunmasından faydalanan "Huawei" qalır.
Bundan əlavə, "Nokia" bu razılaşma sayəsində süni intellekt sahəsində artan tələbatı ödəmək üçün yeni məlumat mərkəzlərinə milyardlarla dollar sərmayə qoyan "Amazon", "Alphabet" və "Microsoft" kimi iri texnologiya şirkətlərinə daha çox avadanlıq satmaq imkanı qazanacaq.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay