BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.926
  • RUB
    2.1283
  • TRY
    0.0438
  • GBP
    2.2826
56188

Ağa Mehdiyevin budəfəki ekoloji sülh səfəri Finlandiya, İsveç, Norveçin bir sıra ərazilərini əhatə edəcək. O, bundan öncə velosiped vasitəsilə Estoniyadan İspaniyaya qədər məsafəni qışda təkbaşına səfər etmişdi. 

Belə layihələr vasitəsi ilə Ağa bir sıra mövzulara diqqət çəkmək istəyir.

1. Sülh mesajı - Onun fikrincə, biz insanları hər şeydən öncə birləşdirən ən ali dəyər məhz insanlığımız, yaradılışımızdır. Digərlərinə münasibətdə arı kimi olmaq lazımdır. Arı müxtəlif yerlərdən uçaraq ən gözəl çiçəklərdən nektar yığır. Gəlin insanlarda daha çox gözəllikləri görək, səhvlərinə isə yardım olaq.

2. Uşaqların öldürülməsi - Hazırda müharibə və konfliktlərdən xüsusən uşaqlar çox böyük zərər görür. Harada kimin etməsindən asılı olmayaraq bütün ruhumla belə zülmlərə, cinayətlərə qarşıyam.

3. Ekoloji problemlər - Ekologiyanın önəmi yalnız tərəvəzlərin becərilməsi üçün lazım deyil. Təbiət, şəxsiyyətlər formalaşdıran, bəşəriyyətin gələcəyinin zəmanəti olan ali bir prosesdir. 

Ağa hazırda Turku şəhəri yaxınlığındadır. Adətən meşələrdə, şanslı olduğu halda fin ailələrin evlərində qalır.

Onun bildirdiyinə görə finlər ona qarşı çox mehribandır. Cənab Kurinin və ailəsinin ona yer və qidalar verməsi, gözəl rəftarları Ağanın sülh, insanlıq hədəfinə daha da çox inanmağına səbəb olmaqdadır.

O duş qəbul etmək, təbiəti daha yaxından hiss etmək üçün adətən göl və çaylarda üzür. 

Ağa səfərinə Helsinkidən başlayan gün "Helsinki Düşüncə Mərkəzində" "Sülh Qurmaq" tədbirinə qatılıb. Orada səfəri və hədəfləri barədə danışıb. Bu, təlimçilərin böyük maraq və alqışına səbəb olub.

Ümumən Ağa uzun illərdir, sülh, sevgi, tolrantlıq, könüllü lahiyələr reallaşdırmaqdadır.

2015-ci ilin yanvarında, 22 yaşında, dostu ilə Kilsənin qarşısını qar və buzdan təmizləməsi o zaman çox böyük marağa səbəb olmuşdu, niyyəti inanclı xristianların Kilsəyə raha gediş-gəlişini təmin etmək idi.

Ağa 40 dan çox ölkəyə, 300 yaxın şəhərə səfərlər edib. Şəxsi inkişaf, doğru ünsiyyət, satış üzrə beynəlxalq təlimçidir.

2023-cu ildə Türkiyədə zəlzələ zamanı könüllü iştirak edib. Hazırda isə Skandinaviya səfəri vasitəsi ilə insanları yenidən önəmli mövzular ətrafında düşündürməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Çində insanabənzər robotlar döyüşdürüldü

Yeni hesabat fəlakəti üzə çıxardı: AI mühəndisləri şantaj etməyə çalışır

"Bitcoin" 108 min dollara düşdü

İş yerində diqqət dağınıqlığı - 7 üsulla xilas ola bilərik - SƏHƏR OXUSU

"Ticarət bir daha heç vaxt əvvəlki kimi olmayacaq" - ECB prezidenti

QSC valyuta vəsaitlərini ölkəyə qaytarmadığına görə cərimə edilib

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

"Apple" ağıllı eynəklərinin buraxılış tarixi məlum oldu

“Azeri Med” daha bir tenderin qalibi seçildi

Avropa ölkəsi yeddi saatlıq iş rejiminə keçə bilər

Azad edilmiş ərazilərdə yaşayanların sayı açıqlandı

10 manatlıq şirkətin onluq vergi borcu üzə çıxdı

Bill Qeyts və Stiv Cobsun rəqabəti necə başladı? - Biznes filmləri

Pakistanın Baş naziri bu tarixdə Azərbaycana səfər edəcək

Süni intellekt kriptovalyutanı necə oğurlayır?

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Sertifikatlaşdırılmaya cəlb olunacaq müəllimlərin sınaq imtahanı keçiriləcək

Dünyada yeni kompüter virusu yayıldı – Bütün məlumatları ələ keçirir

Film kimi dələduzluq: DSMF "əməkdaşı" kirayə ev tutdu, qazinin xanımını aldatdı

Harvard Universiteti Tramp Administrasiyasının qərarına görə məhkəməyə ÜZ TUTDU

Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi®

“Windows” istifadəçilərinə xəbərdarlıq – Təhlükəli virus yayılıb

2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək

Bu ölkə "Telegram"ı blokladı

Azərbaycanda 6 vəkil cəzalandırıldı

Ölkəmizdə “International HR Summit 2025” tədbiri keçirilib

1996-cı ilin "ÇEK"ləri satılıb - FOTO

Mərkəzi Bank rəhbərliyi nə qədər qazanır?

Zaminin maaşından borc nə qədər tutula bilər? - AÇIQLAMA

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin