BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
70956

Bu gün 10-12 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək “II Türk Ticarət Sərgisi – Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi” ilə bağlı mətbuat konfransı təşkil olunub. 

Valyuta.az xəbər verir ki, tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalının rəhbəri Ayxan Qədəşov, Kiçik və Orta Biznesin Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) İdarə Heyətinin sədri Ramin Şərifov, Türk Ticarət Sərgisi təşkilatçısı və ROK şirkətinin təsisçisi Aygün Əliyeva “II.Türk Ticarət Sərgisi” haqqında ətraflı məlumat verdilər.

Türk Ticarət Sərgisi təşkilatçısı və ROK şirkətinin təsisçisi Aygün Əliyeva çıxışında qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında əməkdaşlığı gücləndirmək, dünya miqyasında varlığımızı artırmaq üçün bir çox mühüm addımlar atıb: “Biz çoxtərəfli əməkdaşlığımızı xarici siyasət və ticarətdən tutmuş enerji, yaşıl iqtisadiyyat, turizm, rəqəmsallaşma və hətta kosmik tədqiqatlara qədər 35 müxtəlif sahəyə genişləndirmişik". 

Qeyd olunub ki, 10-12 iyun 2025-ci il tarixlərində baş tutacaq sərgi KOBİA və İİTKM-in tərəfdaşlığı, KOBSKA və ROK Expo-nun təşkilatçılığı ilə keçiriləcək. Sərgidə 20-dən çox sahəni əhatə edən məhsul və texnologiyalar təqdim olunacaq, həmçinin B2B və françayzinq görüşləri təşkil ediləcək.

Forum çərçivəsində türk dövlətləri arasında iqtisadi əməkdaşlığın inkişafı, investisiya imkanları və ortaq brendlərin yaradılması istiqamətində müzakirələr aparılacaq. Sərgidə 11 ölkə iştirakçı, 20-dən çox ölkə isə ziyarətçi qismində təmsil olunacaq.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda yeni dayanma nöqtələri: Nəqliyyatın axıcılığı artacaqmı?

Bütün peşə sinifləri yox olacaq: Sem Altman 2030-cu illərin dünyasını təsvir etdi

Bu hospitalın 16 min manat vergi borcu üzə çıxıb

"SpaceX "və "Starlink" bir arada: İlon Maska qarşı iddialı rəqib

"Disney" və "Universal"dan süni intellekt şirkətinə qarşı məhkəmə iddiası

Vüqar Qurbanov xəstəxanada ad günü keçirən şöbə müdirini işdən çıxardı

AZCON Holdinqdə yeni təyinat

AZCON Holdinqdə yeni təyinat

Sahil Tahirli vəzifəsindən azad edildi

Bakıda daha 9 yeni skuter parklanma məntəqəsi yaradılıb

Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi

Kimin müavinəti nə qədər artırıldı?

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

Ağdam Sənaye Parkına mediatur təşkil edilib

Şuşada 49 milyon manatlıq yaşayış binaları tikiləcək

Bütün zamanların ən yüksək aylıq investisiya daxilolmaları - Kriptovalyutada...

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

İyulun 1-dən dəfn pulu 600 manat olacaq

Beşdən çox uşağı olan qadınların müavinəti 35 manat artdı

Vətən müharibəsi Qəhrəmanlarına 2 200 manat veriləcək

Azərbaycanda sosial müavinətlər artırıldı - Prezident təsdiqlədi

“Victoria’s Secret”in bərpa planı zərbə aldı - Mənfəət proqnozu gözləntiləri qarşılamadı

“Labubu” oyuncağı qurucusunu Çinin 10 ən varlı şəxsindən birinə çevirdi

Azərbaycanlı təsisçinin qurduğu Payrails 32 milyon dollar investisiya alıb

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

Gömrük Komitəsinin sabiq şöbə rəisinə hökm oxundu

“Təzə bazar”da nöqsanlar aşkarlandı

“Boeing”in səhmləri Hindistanda baş verən təyyarə qəzasından sonra 7%-dən çox ucuzlaşıb

Bakıdakı pullu çimərliklərə giriş qiymətləri - SİYAHI, MƏBLƏĞLƏR

Bəzi binaların tikintisi üçün yeni qaydalar tətbiq olunur

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin