BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9496
  • RUB
    2.1656
  • TRY
    0.043
  • GBP
    2.2799
70844

Elmi araşdırmalar göstərir ki, mağazada səslənən musiqi müştərilərin alış-veriş qərarlarına təsir edir. Musiqinin tempi, janrı və səs yüksəkliyi Mehrabian-Russell nəzəriyyəsinə əsasən insanların həzz həddini dəyişə bilir.

Səslənən musiqi insanların psixologiyasını dəyişdirərək onları alış-verişə daha çox və ya daha az meyilli edir. Musiqi insanların oyanıqlıq və həzz hədlərinə təsir etdiyi üçün bu baxımdan müştəri davranışlarında olduqca mühüm bir amildir.

İstehlakçı davranışı üzərində çalışan psixoloqlar illərdir insanların nə üçün və necə alış-veriş etdiklərini araşdırırlar. Məhsul yerləşdirmə, motivasiya, ətraf mühit amilləri və musiqidən istifadə kimi bir çox mövzu üzərində çalışan psixoloqlar 1980-ci illərdən etibarən alış-veriş və musiqi arasındakı əlaqəyə fokuslanıblar. Journal of Marketing jurnalında 1990-cı ildə dərc olunan məqaləsində psixoloq Brunner vurğulayıb ki, insanlar musiqiyə emosional reaksiya verirlər.

Bundan başqa, musiqinin vaxtlaması, tonu, janrı və tempi insanlarda müxtəlif duyğular oyadır. Çünki insanların musiqini əvvəldən tanımaları onların emosional təcrübələrinə təsir edir.

Valyuta.az bu yazıda musiqinin alış-verişə olan təsirindən bəhs edəcək.

İlk olaraq musiqinin tempi, yüksəkliyi və janrının müştərilərə necə təsir etdiyinə baxaq.

Musiqinin tempi 1982-ci ildə psixoloq Milliman və həmkarları Nyu-Yorkda yerləşən bir marketdə musiqinin tempi ilə müştərilərin alış qərarları arasındakı əlaqəni araşdırıblar. Sadə dizayn edilmiş eksperiment maraqlı nəticələr verib: 

Yavaş tempolu musiqi insanların marketdə daha çox vaxt keçirməsinə səbəb olur.

Marketdə yavaş musiqi səsləndikdə satışlar sürətli musiqiyə nisbətən %32 artır.

Bu təsirə PAD effekti deyilir. Sürətli musiqi insanları daha çox stimullaşdırır. Həddindən artıq stimullaşdırılmış insanlar marketdə daha sürətli hərəkət edirlər. Yavaş musiqi isə stimullaşmanı azaldır və insanlar daha yavaş hərəkət edir, mağazada daha çox vaxt keçirir və nəticədə daha çox məhsul alırlar.

1999-cu ildə Kaldvel və Hilbert tərəfindən restoranda aparılmış oxşar bir təcrübədə göstərilib ki, yavaş musiqi insanların içki və yeməyə daha çox pul xərcləməsinə səbəb olur. Sürətli musiqi isə yeməyin daha sürətli yeyilməsinə səbəb olurdu.

Həmçinin, musiqinin sürətli olması müştərilərin masanı tez boşaltmasına və növbədə gözləyənlərin daha az vaxt itirməsinə şərait yaradırdı. Əlbəttə, bu təsiri bütün restoranlara aid etmək olmaz. 5 ulduzlu restoran ilə fast food restoranında musiqinin yavaş və ya sürətli olmasının fərqli nəticələri olur.

Fast food restoranlarda müştərinin tez yeyib çıxması, lüks restoranlarda isə müştərinin uzun müddət qalması arzu olunur. Səs səviyyəsi 1966-cı ildə Smis və Kurnov tərəfindən aparılan bir araşdırma göstərmişdir ki, mağazada səslənən musiqinin yüksəkliyi ilə müştərinin mağazada keçirdiyi vaxt arasında birbaşa əlaqə var.

Belə ki, yüksək səsli musiqi səslənən mağazalarda insanlar daha az vaxt keçirir. Ancaq bu fərq alış-veriş nisbətində ciddi dəyişiklik yaratmır. Üstəlik, yüksək səsli musiqi müştəriləri mağazada keçirdikləri vaxt haqqında yanıltma xüsusiyyətinə malikdir. Xüsusilə qadınlar, yüksək səsli musiqi səslənən mağazada keçirdikləri vaxtı düzgün qiymətləndirə bilmirlər.

1988-ci ildə Yalç və Spanqenberq tərəfindən aparılan başqa bir araşdırma isə göstərmişdir ki, gənclər yüksək səslə musiqi səslənən mağazalarda daha çox alış-veriş edirlər, yaşlı insanlar isə daha səssiz mühitdə daha çox alış-veriş edirlər. Bunun yaş fərqi iləmi, yoxsa nəsil fərqi iləmi bağlı olduğu tam bilinməsə də, musiqinin səs səviyyəsi ilə müştəri davranışı arasında bir əlaqənin olduğu aydındır.

Musiqi janrı Bəzi musiqi janrlarının insan psixologiyasına daha birbaşa təsir göstərdiyini söyləmək olar. Bir araşdırmada şərab dükanında Top 40 pop musiqiləri və klassik musiqi arasında fərqlər araşdırılıb. Müştərilər klassik musiqi səslənən vaxtda daha çox pul xərcləyiblər. Maraqlısı budur ki, onlar daha çox şərab almırlar, daha baha şərabları alırlar. Bu, klassik musiqinin zövq və incəlik təəssüratı yaratması ilə bağlıdır. Beləliklə, klassik musiqi səsləndikdə müştərilər daha keyfiyyətli və bahalı məhsullara üstünlük verirlər.

Başqa bir araşdırma isə yeni il dövründə mağazada yeni il temalı musiqilər səsləndikdə insanların daha çox bayram məhsulları aldıqlarını göstərir. Bu da musiqi janrı ilə alınan məhsullar arasında bir əlaqə olduğunu sübut edir. Psixoloji olaraq insanları yeni ilə hazırlayan musiqilər onların yeni illə bağlı məhsulları alma ehtimalını artırır. Yəni, yeni il ərəfəsində hər yerdə “Jingle Bells” səslənməsinin insanları bayram alış-verişinə yönəltmək kimi bir funksiyası olduğunu deyə bilərik.

Nəticə olaraq demək olar ki, musiqi alış qərarlarında təsirlidir, lakin alış-verişə təkcə musiqinin təsir etdiyini söyləmək olmaz. Musiqinin janrı, səs səviyyəsi və tempi üzərində analiz apararaq insanların alış vərdişlərini öyrənmək və buna əsaslanaraq satışları artırmaq faydalı bir strategiyadır.

Günay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

97 min manat borcu olan şirkət kimindir?

"OpenAI" xəbərdarlıq edir: ChatGPT vasitəsilə bioloji silahların yaradılması riski artır

Otellərin ulduz reytinq sistemi nədir?

Otellərin ulduz reytinq sistemi nədir?

Cəbrayılda xəstəxana tikintisi ilə bağlı daha bir tender

Azərbaycan startapı Clopos 800 min dollar investisiya alıb

Sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllim əlavə dərs saatı tələb edə bilər?

Süni intellekt ofislərdə yeni normaya çevirilir - ABŞ-da artıq 40 faizdir...

10 manatlıq şirkətin 109 min manat vergi borcu var

"Microsoft" "Windows 10"a dəstəyi dayandırır: İstifadəçilər imtina edir

Nazirliyin idarəsi bu şirkətdən 19 milyonluq dəftərxana və təsərrüfat malları alır

Bu MMC-nin baş direktoru əmək müqaviləsinə əməl etməyib

İcra başçısı ilə yanaşı bir il əvvəl təyin edilən müavini də tutulub - SİYAHI+FOTOLAR

İcra başçısı ilə yanaşı bir il əvvəl təyin edilən müavini də tutulub - SİYAHI+FOTOLAR

Türkiyə "Google"a qarşı araşdırmaya başladı

48 saat əvvəl sifariş, 18 karatlıq qızıl qaşıqla servis ... - Status simvolu qida

Bu agentliyə məxsus avtomobil hərraca çıxarılır

Rəsmiyyə Həşimovaya vəzifə verildi

Sabah rəsmi iş günü olacaq - QƏRAR

Ötən sertifikasiyadan keçə bilməmişdi, bu il 59 bal topladı

2025-ci ildə səyahət edə biləcəyiniz ən az büdcəli 10 ölkə - Səyyah

2025-ci ildə səyahət edə biləcəyiniz ən az büdcəli 10 ölkə - Səyyah

Bu ölkədən ədədi 1845 manatdan binokl almışıq

"Apple" Trampın tələbinə baxmayaraq, Hindistanda "iPhone" istehsal edəcək

Ronaldo karyerası bitdikdən sonra necə qazanacaq?

Bakının bu küçəsində avtomobillərlə hərəkət məhdudlaşdırılacaq

Ağdamın bu kəndlərində tibb məntəqələri tikiləcək – 700 min manatlıq layihə

Qaxın icra başçısı və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham edildikləri məlum oldu

Bu ölkədə ən böyük süni intellekt məlumat mərkəzi inşa olunacaq

“Lukoil Azərbaycan”ın rəhbəri dəyişdirildi

Qaxda əməliyyat - İcra başçısı saxlanıldı

İlham Əliyev amerikalı sahibkarı qəbul edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin