Dünyada yeni kompüter virusu yayıldı – Bütün məlumatları ələ keçirir

Redaktor

23.05.2025 18:48
226

Dünyada yeni kompüter virusu yayıldı – Bütün məlumatları ələ keçirir

Lumma virusu dünyada 400 minə yaxın kompüteri yoluxdurub.

Valyuta.az “Bakupost”a istinadən xəbər verir ki, Microsoft-un Rəqəmsal Cinayətlə Mübarizə Bölməsi ABŞ hökuməti ilə birgə Avropa və Amerika qitəsində 394 min fərdi kompüterdə aşkarlanan “Lumma” zərərli proqram təminatının aradan qaldırılması üçün əməliyyat həyata keçirib.

Virus şəxsi məlumatları oğurlamaq qabiliyyətinə görə kibercinayətkarlar üçün fürsətdir: parollar, kredit kartı detalları və hətta kripto pul kisəsi kodlarını götürmək olur.

ABŞ məhkəməsinin qərarından sonra Microsoft komandası təxminən 2300 zərərli domeni - Lumma infrastrukturunun əsas hissəsini ələ keçirə, dayandıra və bloklaya bilib.

Lumma istifadəçilərin kompüterləri arasında asanlıqla yayılan, bəzi təhlükəsizlik tədbirlərindən yan keçmək üçün proqramlaşdırıla bilən və sistemlər üçün aşkarlanması olduqca çətin olan zərərli proqramdır. Buna görə də o, məlumat oğurluğu, müxtəlif maliyyə fırıldaqları üçün çox populyardır.

Dünyada yeni kompüter virusu yayıldı – Bütün məlumatları ələ keçirir

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...