
Avropa ölkəsi yeddi saatlıq iş rejiminə keçə bilər
Yaxın vaxtlarda Monteneqroda yeddi saatlıq iş gününün tətbiqi ilə bağlı həmkarlar ittifaqlarının nümayəndələri və işəgötürənlərlə danışıqlara başlanacaq.
Valyuta.az RTCG-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Miloyko Spajiç məlumat verib.
"Həmkarlar ittifaqları və işəgötürənlərə uyğun olan modeli hərtərəfli nəzərdən keçirdikdən sonra yeddi saatlıq iş gününü tətbiq etməyə yaxın olduğumuzu söyləyə bilərik", deyə baş nazir bildirob.
Baş nazir qeyd edib ki, iş gününün azaldılması məqsədi vətəndaşların həyat keyfiyyətini yaxşılaşdıracaq və onlara ailələri ilə daha çox vaxt keçirməyə imkan verəcək.
Qeyd edək ki, yanvar ayında LDPR Partiyasının Rusiya Federasiyasında bir saat qısaldılacaq iş həftəsinin yaradılması haqqında qanun layihəsi hazırladığı barədə məlumat yayılmışdı.
Artıq Dövlət Duması ruslar üçün iş həftəsinin azaldılmasına icazə verib. 2024-cü ilin sonunda Dövlət Dumasının sədr müavini Boris Çernışov çoxuşaqlı ailədəki valideynlərdən birinə dörd günlük iş həftəsinə keçmək imkanının verilməsini təklif edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay