İmkansızı hesabladılar: Pi ədədinin 300 trilyonuncu rəqəminə çatıldı

Redaktor

23.05.2025 14:00
163

İmkansızı hesabladılar: Pi ədədinin 300 trilyonuncu rəqəminə çatıldı

"Linus Tech Tips" "YouTube" kanalını idarə edən "Linus Media Group" (LMG) rəqəmsal yaddaş texnologiyalarının sərhədlərini genişləndirərək Pi ədədinin 300 trilyonuncu rəqəmini hesablamaqla yeni bir dünya rekordu müəyyənləşdirib. Bu nailiyyət Ginnesin Rekordlar Kitabı tərəfindən də təsdiqlənib. Beləliklə, daha əvvəl "StorageReview" tərəfindən əldə olunan 202 trilyon rəqəm səviyyəsindəki nəticə geridə qalıb. LMG bu uğura "Kioxia" şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində nail olub və rekorda sahib çıxıb.

Valuta.az xəbər verir ki, bu möhtəşəm nəticə 2,2 petabaytlıq yüksək performanslı yaddaş sistemi vasitəsilə əldə olunub. Sistemdə "Kioxia"nın CM seriyasına aid 30,72 TB və CD seriyasına daxil olan 15,36 TB tutumlu PCIe NVMe SSD yaddaş qurğuları istifadə edilib. Bütün bu sürücülər iki prosessorlu serverə birləşdirilmiş NAS sistemi daxilində təşkil olunub. Hesablama prosesi fasiləsiz olaraq təxminən yeddi ay yarım davam edib.

LMG nümayəndəsi Ceyk Tiviy bu uğurla bağlı açıqlamasında bildirib: "Paylanmış şəbəkə yaddaşı vasitəsilə Pi rekordu qırmağın çətin olacağını bilirdik. Performansla bağlı çətinliklər üzündən indiyədək bunu heç kim bacarmamışdı. Lakin "Kioxia"nın NVMe SSD-lərinin etibarlılığı və performansı sayəsində yeddi ay ərzində tək bir SSD nasazlığı belə olmadan fasiləsiz və intensiv hesablama apara bildik".

Layihə eyni zamanda əvvəlki rekord göstəricini əhəmiyyətli dərəcədə keçib. "StorageReview"un 202 trilyonluq rekordu əlamətdar uğur sayılırdı, lakin bu nəticə "Ginnes" tərəfindən rəsmi şəkildə təsdiqlənməmişdi. Daha əvvəl tanınmış ən yüksək göstərici 62 trilyon rəqəmdən ibarət idi. LMG-nin bu nailiyyəti həmin göstəricini demək olar ki, beş qat artırıb.

"Kioxia Europe" nümayəndəsi Aksel Ştoerman da bu münasibətlə deyib: "Pi ədədinin ən dəqiq qiymətini hesablamaq və dünya rekordu qazanmaq - bu cəsarətin və komanda işinin gücünü əks etdirən böyük uğurdur. "Kioxia America"nın "Linus Media Group" ilə uğurlu əməkdaşlığı bizim NVMe SSD-lərimizin ən mürəkkəb iş yükü altında göstərdiyi möhkəm imkanları nümayiş etdirməyə şərait yaratdı. Biz superkompüter tətbiqlərini dəstəkləmək üçün flaş yaddaş və SSD texnologiyalarımızın imkanlarını inkişaf etdirməyə davam edəcəyik".

"Linus Tech Tips" kanalı bu proseslə bağlı ətraflı məlumatların yer aldığı bir video da yayımlayıb. Videoda həmçinin rekordu müəyyən edən son rəqəm açıqlanıb. Videonu izləmək istəməyənlər üçün qeyd edək: Pi ədədinin 300 trilyonuncu rəqəmi “5” olaraq hesablanıb.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Dubayda dünyanın ən hündür hoteli fəaliyyətə başladı - QİYMƏT

16.11.2025

Dərman istehsalında 53% artım

16.11.2025

Siqaret istehsalında 5%-dən çox artım

16.11.2025

Kərə yağının istehsalında 10%-dən çox azalma

16.11.2025

Əfqan Baxışov: "Heydər Əliyev Aeroportunda "ağıllı hava limanı" qurmaq planlaşdırılır"

16.11.2025

Azərbaycan son 5 ildə ÜDM istehsalından nə qədər qazanıb?

16.11.2025

Təhsildə hansı yeniliklərə ehtiyac var? - Ekspertlər izah edirlər

16.11.2025

Prezident: Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir

16.11.2025

Vaşinqton razılaşmaları regionun tranzit imkanlarını genişləndirəcək

16.11.2025

İlham Əliyev: "Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır"

16.11.2025

Məşhur maliyyə yazarının milyarddan çox borcu var

16.11.2025

"Bitcoin" niyə ucuzlaşır və kriptovalyuta bazarını nə gözləyir?

16.11.2025

Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında iştirak edir

16.11.2025

Tramp 82 milyon dollar dəyərində istiqraz alıb, investisiyaların siyahısı açıqlanıb

16.11.2025

40 yaşdan sonra zirvəyə yüksələn sahibkarların hekayəsi

16.11.2025

Gələn il Azərbaycanda notbukların qiyməti artacaq?

16.11.2025

Dünyanın 11 lüks şokolad brendi - SƏHƏR OXUSU

16.11.2025

Varlıların ilk işi nə olub? - Kiçik qazancdan milyardlara gedən yol

15.11.2025

Azərbaycanda noutbuk istehsalı 15 dəfə artıb

15.11.2025

Balıq bazarında canlanma: Ən çox alınan növlər

15.11.2025

Məzənnə

Yüklənir...