Statistika
16.03.2024 / 15:00
Mobil rabitə operatorlarının gəliri açıqlandı
44552
Rabitə və informasiya sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024- cü ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 9,4 faiz artaraq 505,0 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, xidmətin 71,0 faizi əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 37,1 faizi və ya 187,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Qeyd edək ki, bu gün Azərbaycanda üç mobil rabitə operatoru fəaliyyət göstərir və onların abunəçilərinin sayı ümumilikdə 11 milyona yaxındır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay