“Xərclənən hər 100 manatdan 41-i sosial istiqamətə ayrılır”

Redaktor

19.11.2025 15:40
226

“Xərclənən hər 100 manatdan 41-i sosial istiqamətə ayrılır”

“Gələn il 12 milyard manatdan artıq vəsait milli təhlükəsizliyimizin güclənməsinə və işğaldan azad olunan ərazilərimizin bərpasına yönəldiləcək. Ümumi büdcə xərclərinin 30 faizinə yaxınının sözügedən iki istiqamətə yönəldilməsinə baxmayaraq, digər prioritet hədəflərə də tələb olunan vəsaitin ayrılması mümkün olacaq”.

Valyuta.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, gələn il büdcə xərclərinin 17 milyard manatdan çoxu sosial yönümlü olacaq: “Bu isə büdcədən xərclənən hər 100 manatdan 41 manatın sosial istiqamətə ayrılması deməkdir. Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə əsasən, post-sosialist dövlətləri arasında adambaşına düşən ÜDM-in həcminə görə son 30 ildə ən güclü sıçrayışı Azərbaycan nümayiş etdirib. Göründüyü kimi, Azərbaycan son 30 ildə iqtisadi stabilliyi gücləndirməklə yanaşı, neft gəlirlərindən sonra iqtisadiyyatın şaxələndirilməsi islahatlarını dərinləşdirdi.

İqtisadiyyatın diversifikasiyası baxımdan qeyd etmək lazımdır, son 10 ildə qeyri-neft sektorunun büdcə gəlirlərindəki payı 3 dəfə bənd artaraq 20 faizdən 60 faizə çatmaqdadır. ÜDM-in isə 68 faizi qeyri-neft-qaz sektorunun payına düşür”.

Deputat iclasda təkliflərini də səsləndirib: “Büdcə xərclərindəki artım dinamikasının iqtisadi artıma və eləcə də bir sıra sektorlardakı tələbə təsirlərinin ayrıca qiymətləndirilməsi, əvvəlki müzakirələrdə qeyd etdiyimiz kimi, subsidiyaların səmərəliliyin qiymətləndirilməsi və ayrılması mexanizminin təkmilləşdirilməsi məqsədəuyğun olardı.

Nazirləri Kabinetində təşkil edilən bir sıra müzakirələrə ekspertlərin də dəvət edilməsi arzuolunan olardı. Oxşar praktika Mərkəzi Bank tərəfindən həyata keçirilir”.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Nazirliyin vəzifəli şəxsi cərimələndi

04.12.2025

“Brevo” 583 milyon dollar investisiya alıb

04.12.2025

"İvanovka"da məhsul satışı qadağan edildi

04.12.2025

13 milyon maaş alacaq

04.12.2025

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL

04.12.2025
Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

04.12.2025

Xaricə 23 min dollar köçürdü, 4752 dollar cərimələndi

04.12.2025

Kapital Bank-dan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur ®

04.12.2025

Məzənnə

Yüklənir...