Redaktor
Üç dostun uğursuzluqdan multimilyonluq biznesə gedən yolu - SƏHƏR OXUSU
Milyonçuların çoxu milyon dəfə uğursuzluqla üzləşir, hər şeyini itirirlər. Cənub-Şərqi Asiyanın ən böyük çatdırılma şirkətlərindən birinə çevrilən Ninja Vanın yaranma hekayəsi də əslində uğursuzluqdan başlayıb.
32 yaşlı Çanq Ven Lay (Chang Wen Lai) bank sektorundakı karyerasından imtina etdikdən sonra dostları Boxian Tan və Shaun Chong ilə birlikdə əvvəlcə onlayn kişi geyim brendi yaratmağa çalışıb. Lakin satış etdikcə bir problem üzə çıxıb: sifarişləri çatdırmaq çox çətin idi. Bəs necə olur ki, onlar nəhəngə çevrilir?
Valyuta.az Ninja Vanın uğur hekayəsini təqdim edir:
Lay deyir ki, həmin dövrdə logistika sektoru e-ticarətin sürətli artımına uyğunlaşmamışdı və sifarişlərin vaxtında çatdırılması böyük ağrı nöqtəsi idi. Məhz bu problem onları yeni biznes ideyasına yönəldib.
“Bir az sadəlövh şəkildə dedim ki, gəlin öz logistika şirkətimizi quraq, çətin olmaz",- Lay bildirir. Beləcə, üç dost cəmi bir ədəd ikinci əl mikroavtobus alaraq 2014-cü ildə Ninja Vanı təsis edib.
Beş ildə regional nəhəngə çevrilmə
Başlanğıcda həm geyim markasını, həm də çatdırılma xidmətini paralel idarə edən komanda bir ildən sonra qərara gəlib ki, yalnız logistika istiqamətinə fokuslansın. Bu qərar qısa müddətdə özünü doğruldub.
2015–2016-cı illərdə Ninja Van ardıcıl olaraq Sinqapur, Malayziya, İndoneziya, Vyetnam, Filippin və Tailand bazarlarına daxil olaraq regionda sürətlə yayılıb.
Şirkət bu gün Cənub-Şərqi Asiyanın altı ölkəsində tam əhatə təmin edir və yaxın vaxtlarda Bruney bazarına da daxil olmağı planlaşdırır.
Əsas üstünlüklərindən biri onların texnologiyaya əsaslanan çatdırılma modelidir: real vaxt izləmə, marşrut optimizasiyası və avtomatlaşdırılmış idarəetmə sistemləri.
20 min nəfərlik komanda və davamlı böyümə
Ninja Van rəqiblərindən fərqli olaraq sürücülərini birbaşa işə götürür. Lay hesab edir ki, şirkətin gündə milyonlarla bağlamanı daşıması üçün sabit və təcrübəli komanda vacibdir.
Artan rəqabətə baxmayaraq, şirkət özünü regionun ən sürətli böyüyən logistika oyunçularından biri kimi möhkəmləndirib.
İnvestisiya rekordu və gələcək hədəflər
2018-ci ildə Ninja Van tarixinin ən böyük investisiyalarından birini alıb - 87 milyon dollarlıq C seriyası. Ümumi investisiya məbləği 300 milyon dollara çatıb və şirkət regional “unikorn” statusuna yaxınlaşır.
CEO Lay bildirir ki, məqsədləri qeyri-real sürətlə böyümək deyil:
“Biz sürətli yox, məsuliyyətli şəkildə böyüyürük. İnsanlara, müştəri məmnuniyyətinə və xidmət keyfiyyətinə fokuslanırıq. Bunlar olarsa, mənfəət də gələcək".
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025