Redaktor
Turizm sektorunda nə baş verir? – Sahə ciddi kəsirlərlə üz-üzə qalıb
2021-ci ilin I yarımilində qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2.2 dəfə azalaraq 252.1 milyon ABŞ dolları təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının yaydığı hesabatda açıqlanıb.
Sənədə görə, hesabat dövründə turizm xidmətləri üzrə ixrac 63.6 milyon dollar, idxal isə 188.5 milyon dollar olmaqla 124.9 milyon dollarlıq kəsir yaranıb.
Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 3.3 dəfə, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 2.1 dəfə azalıb.
Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 188.5 milyon dollar olub. Bunun 90.2%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).
Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 4.2 dəfə azalaraq 1.7 milyon dollar təşkil edib.
Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 42.7% artaraq 418 milyon dollar olub.
Rövşən Ziya
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYanan binanın sakinlərinə təzminat ayrıldı
15.12.20252026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?
15.12.2025FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı
15.12.2025Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyasını təqdim edildi
15.12.2025"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?
15.12.2025Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır
15.12.2025İcra başçısı baş mütəxəssisi işdən çıxardı
15.12.2025Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama
15.12.2025