Redaktor
Son 10 ilin milyarder yarışı - Dünyanın zəngin siyahısı necə dəyişib?
Hər il dünyanın ən zəngin insanlarının siyahısı maraqla gözlənilir. Son 10 ilin siyahısı ən rəqabətli vaxt sayılır. 2025-ci ilin ən zəngin şəxsi 450 milyard dollar sərvətə sahib Elon Mask olub. O, dünyaca məşhur sahibkar və texnologiya vizyoneridir. O cümlədən, “Tesla”, “SpaceX”, “Neuralink”, “The Boring Company” şirkətlərinin rəhbəridir. Mask həmçinin “X” platformasını satın alması ilə gündəmə gəlib. O, innovasiya və gələcək texnologiyaları ilə tanınır və son 4 ilin ən zəngin şəxsi adını qorumağı bacarıb. Siyahının əvvəlki illərdə zirvəsində olan zənginlər də geridə qalmır. Valyuta.az son 10 ilin ən zəngin şəxsləri siyahısnı təqdim edir:
2015, 2016, 2017: Bill Qeyts
2015-ci ilin ən zəngin şəxsi Bill Qeyts olur. O, “Microsoft” şirkətinin qurucusudur və uzun illər dünyanın ən varlı insanı olaraq tanınıb. O, həmçinin “Bill and Melinda Gates Faundation”da idarə heyyətinin üzvü və xeyriyyəçisi kimi fəaliyyət göstərib. Növbəti il - 2016-cı ildə o, bu uğuru təkrarladı, ancaq bununla yekunlaşmadı və 2017-ci ildə sərvətini qaldıraraq 3 il bu siyahının başında yer aldı. 2025-ci ildə, o, bu siyahının 13-cü yerində qərarlaşıb.
2018, 2019, 2020: Cef Bezos
Cef Bezos dünyanın ən məşhur sahibkarlarından biridir. O, “Amazon” şirkətinin qurucusu və uzun illər Baş İcraçı Direktoru olub. Bezos həm də “Blue Origin” kosmik şirkətinin qurucusudur. Bununla yanaşı, o, “The Washington Post” qəzetinin sahibidir və media sahəsində strateji qərarların qəbulunda iştirak edir. Bu il “Amazon” böyük gəlir mənbəyi idi. 2019-cu ildə “Amazon Prime” və e-ticarət satışları rekord səviyyəyə çatdı və “Blue Origin”də uğurlu raket uçuşları həyata keçirildi. 2019-cu ildə pandemiya dövründə onlayn satışların artması ilə “Amazon”un gəliri və sərvəti rekord səviyyəyə çatdı. Bu minvalla sərvəti qalxdı və Cef ilin ən uğurlu zəngini oldu. 2025-ci ildə o bu siyahıda heç də geridə qalmayıb və 3-cü sıranı tutub.
2021, 2022, 2023, 2024. 2025: Elon Mask
Elon Mask 2021-ci ilin ən zəngin şəxsi seçilib. Onun əsas işləri “Tesla”da baş innovator, “SpaceX”-də CEO olaraq raket və kosmik missiyaların idarə olunması, “Neurolink”-də insan beynini kompüterlə birləşdirmək üzrə tədqiqatlar və “The Boring Company” şirkətində tunel və yeraltı qeydiyyat layihələri yaradıb. 2022-ci ildə “Tesla” və “SpaceX”-in qiymət artımı ilə sərvət rekord səviyyəyə çatır və Mask təkrar ilin ən zəngini olmağı bacarır. 2023-cü ildə uğurlar artır. Beləki, “SpaceX”-in “Starship” və “Starlink” layihələrinin inkişafı davam edir, “Tesla”nın avtomobil satışları sürətlənir. O, bu il “X” platformasını satın alır. Mask bu ilin də siyahısına rəhbərlik edir. 2024-cu ilin uğurlarında yeni süni intellekt layihələri və enerji texnologiyalarının inkişafı yer tutur. Digər şirkətlərin davamlı inkişafi sayəsində Elon Mask 2024-cü ilin siyahısında ilk olub. Və nəhayət 2025-ci ildə də səhmləri durmadan artan şirkətlər sahibi 450 milyard ABŞ dolları civarında sərvəti ilə ilin ən zəngin insanı seçilib.
Şəbnəm İbrahimxəlil
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025