Sahil Babayev: "Azərbaycanın icmal gəlirlərinin üçdə ikisi artıq neft amilindən azaddır"

Redaktor

21.11.2025 16:12
539

Sahil Babayev: "Azərbaycanın icmal gəlirlərinin üçdə ikisi artıq neft amilindən azaddır"

Azərbaycanın icmal gəlirlərinin, icmal büdcəsinin üçdə ikisi artıq neft amilindən tamamilə azad edilib.

Valyuta.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsi və 16 qanuna təklif edilən dəyişikliklər paketinin ilk oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu siyasət davamlı olaraq həyata keçiriləcək: "Digər məsələ icmal büdcə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-də payı ilə bağlıdır. Növbəti il üçün bu hədəf 19 %-ə endirilib, bu isə cari ildən 3,4 faiz bəndi aşağıdır. Bu siyasət də davamlı olaraq həyata keçiriləcək və 2029-cu ilə, yəni ortamüddətli (1+3 illik) dövrümüzün sonuna biz bu rəqəmi 13 %-ə endirmək istəyirik ki, bu da həm büdcə, həm də maliyyə dayanıqlığımız baxımından çox önəmli bir nəticə olacaq, neft-qaz amilindən asılılığımızı ciddi şəkildə daha da aşağı çəkəcək".

Nazir qeyd edib ki, dövlət büdcəsinin icrası zamanı müdafiə olunan xərclər var: "Onların böyük əksəriyyəti cari xərclərdə toplanıb və bu xərclər hər zaman müdafiə olunduğuna görə, onların məhz neft-qaz qiymətlərindən asılı olmayan qeyri-neft sektorundan olan gəlirlər hesabına qapanması, qarşılanması qarşımızda olan əsas hədəflərdən biri idi. Növbəti il də biz bu rəqəmi 88 %-ə qədər qarşılaya biləcəyik. Bu da cari illə müqayisədə təqribən 7 % artıqdır. Burada ortamüddətli hədəfimiz ondan ibarətdir ki, 2029-cu ildə bu rəqəm 100 %-ə çatacaq".

S. Babayev vurğulayıb ki, həm büdcənin dayanıqlığı, sağlamlığı, büdcənin kənar amillərdən təsirinin büdcəyə azaldılması baxımından bu təklif olunan zərf Azərbaycan üçün ciddi imkanlar yaradır: "Eyni zamanda makroiqtisadi və fiskal baxımından bu yaradılan yeni rejim çox əlverişlidir, kifayət qədər güzəştlidir".

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Wonderful” 150 milyon dollar investisiya alıb

14.03.2026

Niyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?

14.03.2026

Azərbaycan neftinin qiyməti 109 dolları keçdi

14.03.2026

Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb

14.03.2026

2 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU

14.03.2026

Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır

13.03.2026

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür

13.03.2026

AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

13.03.2026

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13.03.2026

"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq

13.03.2026

"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı

13.03.2026

Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL

13.03.2026

Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu

13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

13.03.2026

"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri

13.03.2026

Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb

13.03.2026

Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®

13.03.2026

1 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır

13.03.2026

"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı 

13.03.2026

Məzənnə

Yüklənir...