Redaktor
Rəqəmsal suverenliyin vacibliyini hiss etdirən problem: Media və özəl sektor üçün xəbərdarlıq
Ötən günlərdə ölkədə fəaliyyət göstərən bir çox xəbər portalında ciddi texniki problemlər qeydə alındı. Məlumata görə, bu, qlobal internet infrastrukturunun aparıcı təminatçılarından biri olan "Cloudflare" xidmətlərində yaranan kütləvi nasazlıqla bağlı idi. Nəticədə, onlarla yerli xəbər saytına giriş çətinləşdi, bəzi hallarda isə istifadəçilər tamamilə bu resurslara daxil ola bilmədilər. Hətta bəzi dövlət saytları da bu qlobal problemdən təsirləndi. Bu da informasiya təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirdi.
Valyut.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Cloudflare" məsələsi kimi baxmaq yanlış olar"
Məsələ ilə bağlı açıqlama verən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov bildirib ki, noyabrın 18-də 9 000-dən çox yerli saytın fəaliyyətinin dayanmasına bir "Cloudflare" məsələsi kimi baxmaq yanlış olar. Qurum rəsmisi vurğulayıb ki, böyük potensiala malik olan şirkətlərin qarşılarına qoyacaqları məqsədlərdən biri yerli məhsulların yaradılması ilə rəqəmsal suverenliyimizə dəstək olmasıdır. Bu, həm də ölkə Prezidentinin informasiya təhlükəsizliyi ilə bağlı təsdiqlədiyi strategiya ilə də qarşıya qoyduğu əsas tapşırıqlardan biridir: "Yerli məhsulların yaradılmasının və rəqəmsal suverenliyin vacibliyini hiss etdik. Bu, xüsusilə özəl sektorun xaricdən asılılığına bariz nümunə idi. Fəaliyyəti dayanan resursların içində media resurslarının da xüsusi çəkisinin olması bizi informasiya müharibəsinə hazırlıq səviyyəmizi də diqqətdə saxlamalı olduğumuza bir işarədir. Aydındır ki, lokal mühafizə həlləri ucuz başa gəlmir. Lakin dövlətimizin apardığı uğurlu siyasətin davamı olaraq bizim də həyata keçirdiyimiz informasiya təhlükəsizliyi siyasətində lokal həllərə üstünlük vermək və mühafizəni maksimal şəkildə lokal təmin etmək prioritet istiqamətlərimizdəndir".
Məlumdur ki, bu hadisədən bəzi dövlət saytları üzü ağ çıxdı. Buna səbəb isə, trafikin xaricə daşınmaması idi. T.Məmmədovun sözlərinə görə, son 3 ildə bir sıra dövlət qurumlarında istifadə edilən "Cloudflare" kimi trafikin xaricə daşınması halı dayandırılıb və mühafizəsi "AzStateNet" üzərindən təmin edilib: "Ümumilikdə son 3 ildə 457 dövlət obyektinin şəbəkə təminatı "AzstateNet" üzərinə keçirilərək lokal mühafizəsi təmin olunub. Bizim həyata keçirdiyimiz sözügedən mühafizə siyasəti sadəcə internet informasiya ehtiyatları ilə bağlı deyil, bu yanaşma eyni zamanda xüsusi dövlət rabitəsində də şamil olunur".

"Milli texnoloji ekosistem gücləndirilməlidir"
Kibertəhlükəsizlik üzrə ekspert Mehman İsgəndərov bildirib ki, son insidentdə dövlət saytları lokallaşdırılmış təhlükəsizlik və infrastruktur həlləri sayəsində minimal təsirlə fəaliyyət göstərdi: "Xarici servisə tam etibar olunmadığı üçün onlar qlobal insidentlərdən praktiki olaraq təsirlənmədilər. Lokal WAF, "DDoS" qoruma sistemləri, dövlət şəbəkəsi və müstəqil DNS xidmətləri bu cür hallarda əsas dayanıqlılıq mənbəyidir və xidmətlərin fasiləsizliyini təmin edir. Rəqəmsal suverenliyi gücləndirmək üçün prioritet istiqamətlər milli təhlükəsizlik sistemlərinin yaradılması, milli data-mərkəzlərinin genişləndirilməsi, ölkədaxili bulud və identifikasiya sistemlərinin inkişafı, milli DNS və sertifikat mərkəzlərinin qurulması və xarici texnologiyalardan asılılığın azaldılmasıdır. Dövlət strategiyasının məqsədi xarici riskləri minimuma endirmək, kritik məlumat axınını ölkə daxilində təmin etmək və milli texnoloji ekosistemi gücləndirməkdir".
Xarici texnologiyadan asılılığı necə dayandırmalı?
Mütəxəssis bildirir ki, bu problemlərlə üzləşməmək üçün özəl sektor və media resurslarının xarici texnologiyalardan asılılığı azaldılmalıdır: "Özəl sektor və media resursları üçün tövsiyələr hibrid modelin tətbiqi, lokal CDN və WAF xidmətlərinə keçid, məlumatların ölkə daxilində saxlanması, daxili monitorinq və insident cavab mexanizmlərinin gücləndirilməsidir. Bu tədbirlər qlobal insidentlər zamanı xidmətlərin dayanıqlılığını artırır və təhlükəsizlik risklərini minimuma endirir. "AzStateNet" və digər lokal şəbəkə həlləri dövlət saytları və kritik infrastrukturlar üçün təhlükəsiz məlumat mübadiləsi təmin edir, xarici təsirlərə qarşı dayanıqlığı artırır, trafik monitorinqini asanlaşdırır və qlobal kəsintilərdən qoruyur. Belə lokal həllər həm kibertəhlükəsizlik, həm də xidmətlərin fasiləsizliyi baxımından ciddi üstünlük yaradır".

Davamlı dayanıqlılıq üçün vacib nüanslar
O, həmçinin vurğulayıb ki, qlobal internet insidentləri zamanı lokal infrastrukturla işləyən sistemlər daha dayanıqlıdır: "Yerli DNS, bulud platformaları, dövlət şəbəkəsi və milli təhlükəsizlik xidmətlərinin proaktiv monitorinqi xidmətlərin fasiləsizliyini təmin edir. Ehtiyat "routing" mexanizmləri, lokal CDN və təhlükəsizlik xidmətlərinin genişləndirilməsi, həmçinin dövlət və özəl sektor arasında məlumat mübadiləsinin gücləndirilməsi və milli insident cavab mərkəzlərinin inkişafı davamlı dayanıqlılıq üçün vacibdir".
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025