Redaktor
Rəqəmlər "AzSığorta"nın zərərinə - 36,3 faizlik azalma
2025-ci ilin yanvar-mart aylarında “AzSığorta” ASC 1 milyon 910 min manat sığorta haqqı toplayıb.
Valyuta.az statistik mənbələrə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 90 min və ya 36,3% azalmanın olduğunu deməyə əsas verir.
Xatırladaq ki, ötən ilin eyni dövründə bu şirkətin sığorta haqqı 3 milyon manat olub.
“AzSığorta” ASC-nin sığorta haqlarında azalma müşahidə edilsə də, şirkətin ödənişlərində artım müşahidə olunub. Belə ki, bu ilin ilk 3 ayında şirkətin sığorta ödənişləri 419 min manat olub.
Ötən ilin yanvar-mart aylarında isə bu göstərici 313 min manat təşkil edib.
Hesablamaya əsasən demək olar ki, “AzSığorta” ASC-nin sığorta ödənişləri 106 min manat və ya 33,8% artıb.
Nəticədə sığorta şirkətinin zərərliliyi artıb. 2025-ci ilin ilk 3 ayında “AzSığorta” ASC topladığı hər 100 manatdan 21 manat 94 qəpiyi ödənişə yönəldib. Ötən il isə bu məbləğ 10 manat 43 qəpik olub. Beləliklə, şirkət illik müqayisədə 11 manat 51 qəpik əlavə ödəniş edib.
Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 14 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64%-lik, "Bank of Baku" ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Google"un 32 milyard dollar ödədiyi startap: “Wiz” nədir?
17.03.2026Dünyanın ən varlı idman klubu sahiblərinin ilk 10-luğu
17.03.2026İnvestisiya növləri: sərvət yaratmaq üçün 10 geniş yayılmış seçim
17.03.2026Məsafədən bank əməliyyatlarında yeni era: SİMA vahid rəqəmsal həll kimi ®
17.03.2026Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşır
17.03.2026
Köhnə rəhbərlər uduzacaq - Elmi idarəçilik zamanıdır
17.03.202613 yaşında proqramlaşdırmaya başlayan azərbaycanlı qız bu gün süni intellekt mühəndisidir
17.03.2026Avro bahalaşır
17.03.2026
Ehtiyac olmadığı halda endirimli məhsul almaq qazanc sayılır, yoxsa əlavə xərc?
17.03.2026Aldığı cərimə yeni biznes modelinin əsasını qoydu - SƏHƏR OXUSU
17.03.2026“Cylake” yeni kibertəhlükəsizlik şirkəti kimi fəaliyyətə başlayıb
16.03.2026Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir
16.03.2026Samir Nuriyev Xocavənddə iclas keçirdi - Tapşırıqlar verdi
16.03.2026Səhvlərdən doğan milyard dollarlıq ideyalar
16.03.2026“Beş qitə - 500 startap” devizi ilə “Startup School 4” layihəsin' qeydiyyat başlayıb
16.03.2026