Redaktor
"Apple"ın növbəti çipli məhsulu bəlli oldu - Özəllikləri
"Apple" "iPhone 16e" modelində ilk dəfə istifadə etdiyi öz istehsalı olan "C1" modem çipindən sonra bu texnologiyanı tətbiq edəcəyi növbəti məhsulunu müəyyənləşdirib.
Valyuta.az xəbər verir ki, şirkət 2027-ci ildə təqdim ediləcəyi gözlənilən "M6" prosessoru üzərində iş aparır və bu yeni nəsil çipə öz mobil modemini birbaşa inteqrasiya etməyi planlaşdırır. Mövcud məlumata görə, "Apple" bu modemi istifadə edəcəyi növbəti məhsul kimi "M6" çipli "MacBook" modellərini seçib.
Bu yenilik sayəsində "MacBook" modelləri artıq yalnız "Wi-Fi" şəbəkəsinə bağlı qalmaq məcburiyyətində olmayacaq. Eyni zamanda, bu cihazlarda "GPS" və peyk bağlantısı kimi əlavə funksiyaların dəstəklənməsi də mümkündür.
Hazırda şirkət "MacBook Pro" seriyasını "M5" prosessoru ilə yeniləməyə hazırlaşır. Gözləntilərə əsasən, böyük dizayn dəyişiklikləri 2026-cı ildə, "MacBook Pro"nun 20 illik yubileyinə özəl buraxılacaq modeldə reallaşacaq. Həmin modeldə "M6" çip, daha incə "OLED" ekran və tamamilə yeni korpus dizaynı yer alacaq.
Qeyd edək ki, "Apple" bir müddətdir ki, "Qualcomm" şirkətindən asılılığını azaltmaq məqsədilə öz modem texnologiyasını inkişaf etdirir. Şirkət gələcəkdə "Mac" kompüterlərini tamamilə öz istehsalı olan avadanlıqla təchiz etməyi qarşısına məqsəd qoyub.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025