Redaktor
Qızıl bu gün altı həftənin ən yüksək səviyyəsində: Eniş mümkündürmü?
"Hazırda görünən odur ki, qiymətli metalların bahalaşması davam edə bilər”.
Valyuta.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli qızılın bahalaşmasına aydınlıq gətirərkən deyib. Ekspertin fikirincə, dolların zəifləməsi, yaxın vaxtlarda ABŞ-da faiz endirimi gözləntisi və investorların riskdən qaçaraq təhlükəsiz aktivlərə yönəlməsi qızıl və gümüşü dəstəkləyən əsas amillərdir:
"Bu şərait dəyişməsə, qısa və orta müddətdə qiymətlərin daha da artması ehtimal olunur. Bununla yanaşı, risklər də mövcuddur. Əgər FED faiz endirimlərini gecikdirsə və ya dollar yenidən güclənsə, bu bahalaşmanı zəiflədə və ya geri dönüş yarada bilər. Qiymətlər artıq yüksək səviyyədə olduğu üçün müəyyən mərhələdə satışların artması da qiymətləri müvəqqəti aşağı sala bilər”.

Ekspert ümumi mənzərəni belə izah edib:
"Hazırkı trendlər bahalaşmanı dəstəkləyir, amma hər şey dolların hərəkətindən və FED-in qərarlarından asılı olacaq”.
Qeyd edək ki, qızıl bazarı bu gün altı həftənin ən yüksək səviyyəsinə yüksəlib. Qızıl qiymətləri səhər saatlarında 0,2% artaraq 4.240,54 dollara qalxıb və 21 oktyabrdan bəri ən yüksək göstəricisini əldə edib. ABŞ-da qızılın fyuçersləri isə 0,5% artaraq 4.276,00 dollar olub.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025