Qışda bu bizneslər daha çox qazandırır

Redaktor

26.11.2025 10:25
324

Qışda bu bizneslər daha çox qazandırır

Qış fəslində bəzi bizneslər xüsusilə canlanır və digər mövsümlərlə müqayisədə daha çox gəlir gətirir. Bu fəslin tələbatı, hava şəraiti və istehlak davranışları müəyyən sahələri daha aktiv edir. Maraq doğuran sual budur: bu fəsildə hansı xidmət və məhsullara tələbat artır və hansı biznes növləri məhz qışda daha çox qazandırır? 

Biznes konsultant Solmaz Yaqubova Valyuta.az-a bildirdi ki, ümumi olaraq bizneslərin çoxu gəlirlilik mövzusunda fəsillərə uyğun olaraq dəyişiklik göstərir: “Məhz buna görə də, bizneslər mümkün qədər bütün ön hazırlıq proseslərini, marketinq planlarını əsas gəlirlilik gətirəcək sezondan əvvəl planlamalıdırlar. Qış mövsümündə hansı bizneslərin daha çox gəlir əldə etmə fürsəti var? desək, bu fəsil öz daxilində həm risklər, həm də böyük imkanlar daşıyır”. 

Onun sölərinə görə, soyuq hava, insanların davranışında dəyişiklik, alış-veriş vərdişlərinin fərqlənməsi bir çox sahənin satışlarını artırır: “Bu dövrdə xüsusilə isti yeməklər və içkilər təqdim edən qida sektorundan tutmuş, geyim, istilik sistemləri, evdə rahatlıq təmin edən xidmətlər, hətta turizmə qədər geniş bir sahə aktivləşir. Qış aylarında insanların öncəlikləri dəyişir: onlar daha çox rahatlıq, istilik, təhlükəsizlik, sağlamlıq və bayram ab-havasına yönəlirlər. Bu isə restoranların, geyim sektorunun, ev və avtomobil üçün qışa uyğun xidmətlərin, həmçinin onlayn satış və çatdırılma platformalarının ciddi şəkildə qazanclarının yüksəlməsinə səbəb olur”.

Biznes konsultant qış mövsümündə ən çox qazanan sahələri sadaladı: “İsti yeməklər və içkilər təqdim edən qida sektoru, qış geyimləri və ayaqqabıları, istilik sistemləri və məişət texnikası, avto xidmətlər və ehtiyat hissələri, bayram dövrünə uyğun hədiyyəlik məhsullar və şirniyyat sektoru, qış turizmi və spa/wellness xidmətləri, sağlamlıq və immunitet artıran məhsullar, onlayn alış-veriş və çatdırılma xidmətləri, təhsil və kurs sektoru".

S.Yaqubova deyir ki, qarşıdan gələn bu soyuq fəsildə toy sektorunda da ciddi artım baş verib:

“Müşahidələrimə əsasən payız fəsli başladıqdan etibarən toy sektorunda da ciddi artım baş verir. Bununla da şadlıq sarayları, gözəllik salonları, cehizlik əşyalar satan mağazalarda da gəlir artımı görülür". 

“Bütün bunlar onu göstərir ki, qış sadəcə soyuq mövsüm deyil, düzgün strategiya qurmağı bacaranlar üçün yüksək dövriyyə və satış artımı gətirən bir sezondur. Əsas məsələ biznesin dəyişikliyi vaxtında analiz edib, lazımi addımları əvvəlcədən planlanmasıdır” , – deyə biznes konsultant qeyd etdi.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Nazirliyin vəzifəli şəxsi cərimələndi

04.12.2025

“Brevo” 583 milyon dollar investisiya alıb

04.12.2025

"İvanovka"da məhsul satışı qadağan edildi

04.12.2025

13 milyon maaş alacaq

04.12.2025

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL

04.12.2025
Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

04.12.2025

Xaricə 23 min dollar köçürdü, 4752 dollar cərimələndi

04.12.2025

Kapital Bank-dan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur ®

04.12.2025

Məzənnə

Yüklənir...