Redaktor
Pulsuz fayl çevricilər kibertəhlükə riski daşıya bilər
Onlayn pulsuz fayl çevricilər istifadəçilərin tez-tez müraciət etdiyi rəqəmsal alətlər sırasındadır.
Valyuta.az xəvər verir ki, PDF-dən Word-ə, MP4-dən MP3-ə və ya JPG-dən PNG-yə çevirmə kimi əməliyyatlar üçün istifadə edilən bu servislər bəzən kibertəhlükəsizlik risklərini də özü ilə gətirir. ESET şirkəti bu tip platformaların zərərli proqram yayılması, dələduzluq və məlumat oğurluğu məqsədilə istifadə oluna biləcəyinə diqqət çəkir.
Fayl çevirmə ehtiyacı xüsusilə təhsil, iş və məzmun istehsalı kimi sahələrdə geniş yayılıb. PDF sənədlərinin redaktə edilə bilən formata çevrilməsi ən çox üstünlük verilən əməliyyatlardan biridir. Lakin bu xidmətləri təqdim edən pulsuz platformaların hər zaman etibarlı olması təmin edilmir.
Kibertəhlükəsizlik üzrə mütəxəssislər bildirirlər ki, məşhur axtarış sistemlərində ön sıralarda yer alan bəzi fayl çevirmə saytları vasitəsilə cihazlara gizli şəkildə zərərli proqramlar yerləşdirilə bilər. Bu saytlar vasitəsilə casus proqramlar yüklənə, istifadəçilərin çevrimdaxili fəaliyyəti izlənə və fişinq hücumları ilə şəxsi məlumatlar ələ keçirilə bilər. Xüsusilə maliyyə və şəxsi məlumatlar saxlanılan həssas sənədlərin sızdırılması da bu təhdidlər sırasındadır.
ESET-dən təhlükəsiz fayl çevirmə ilə bağlı tövsiyələr:
* Etibarlı mənbələrdən istifadə edin: Yalnız HTTPS protokolu ilə qorunan, istifadəçi rəyləri müsbət olan saytlar seçilməlidir.
* Antivirus proqramınızı yeniləyin: Real vaxt rejimində qoruma təmin edən proqramlar şübhəli fəaliyyətləri aşkar edə bilər.
* Oflayn proqramlara üstünlük verin: “Adobe Acrobat”, “VLC Media Player”, “Microsoft Office” kimi tanınmış proqramlar daha təhlükəsiz seçimlər təqdim edir.
* Fayl növünə diqqət yetirin: Çevrilmiş faylın uzantısının və ölçüsünün gözlənilən formada olub-olmadığını yoxlayın.
* Proqram yükləmə təkliflərinə qarşı ehtiyatlı olun: Çevirmə əməliyyatı üçün əlavə proqram yükləməyi tələb edən saytlardan uzaq durmaq tövsiyə olunur.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDövlət Vergi Xidməti 10 milyon manatlıq tenderi elan edib
15.12.2025Gömrük generalı təqaüdə göndərildi
15.12.2025“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub
15.12.2025Çin Braziliyanın qızıl yataqlarını alır və bazar liderliyini gücləndirir
15.12.2025Bu avtomobillər ucuzlaşa bilər?
15.12.2025Yanan binanın sakinlərinə təzminat ayrıldı
15.12.20252026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?
15.12.2025FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı
15.12.2025Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyası təqdim edildi
15.12.2025"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?
15.12.2025Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır
15.12.2025İcra başçısı baş mütəxəssisi işdən çıxardı
15.12.2025Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama
15.12.2025