Redaktor
Peşə təhsili ilə uğurlu karyera mümkündür?
Uğurlu karyera qurmaq üçün hansı təhsil formasının daha effektli olduğu bu gün də aktuallığını qoruyur. Xüsusilə peşə təhsilinin bu prosesdəki rolu və onun yetərliliyi geniş müzakirə mövzusudur.
Bəs uğurlu karyera üçün peşə təhsili kifayətdirmi?
Mövzu ilə bağlı Valyuta.az-a danışan təhsil mütəxəssisi Qoşqar Məhərrəmov bildirib ki, müasir dövrdə bilik və bacarıqların sürətlə yeniləndiyi bir zamanda yaşayırıq. Əgər əvvəllər bir sahədə əldə edilən biliklər 5-10 il ərzində aktual qalırdısa, bu gün həmin biliklər bir ilə, bəzən isə daha qısa müddətə köhnəlir. Bu reallıq bizə göstərir ki, istər peşə, istər ali, istərsə də orta təhsil olsun, alınan təhsilin ömürlük kifayət etməsi artıq mümkün deyil.
Mütəxəssis artıq bir sertifikat proqramı və ya konkret bir bacarıqla peşəyə yiyələnməyin mümkün olduğunu, lakin bunun yetərli olmadığını vurğulayıb:
"Əgər insan özünü mütəmadi olaraq yeniləmirsə, dövrlə ayaqlaşmırsa, bu zaman ən yaxşı təhsil belə funksionallığını itirə bilər. Bu, yenilənməyən mobil tətbiqlərə bənzəyir – bir müddətdən sonra artıq işə yaramır".
Q.Məhərrəmovun sözlərinə görə, peşə təhsili uğurlu karyeraya başlamaq üçün imkan yaratsa da, onun davamlı olması üçün öyrənmək və inkişaf etmək mütləqdir:
"Yalnız texniki biliklər deyil, yumşaq bacarıqlar, öyrənmə bacarığı və təşəbbüskarlıq da vacibdir. Eləcə də, sahədəki yenilikləri izləmək və onları özü-özünə öyrənmək önəm daşıyır".
Q.Məhərrəmov sonda Azərbaycanda peşə sahəsində fəaliyyət göstərən, uğurlu nəticələr verən təhsil müəssisələrinin mövcudluğunu da qeyd edib:
"Bu müəssisələrdə keyfiyyətli peşə təhsili almaq və yaxşı karyeraya başlamaq mümkündür. Lakin burada əsas şərt dəyişmir: daim öyrənmək, dəyişikliklərə uyğunlaşmaq və özünü inkişaf etdirmək".
Maya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda dövlət agentliyi ləğv edildi
14.03.2026Dünyanın ən zəngin və xoşbəxt ölkələri - Siyahı
14.03.2026Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi - REPORTAJ
14.03.2026“Wonderful” 150 milyon dollar investisiya alıb
14.03.2026Niyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?
14.03.2026Azərbaycan neftinin qiyməti 109 dolları keçdi
14.03.2026Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb
14.03.20262 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU
14.03.2026Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026