Redaktor
Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi
Azərbaycan Mərkəzi Bankı (AMB) “Bakı Fond Birjası” və onun məsul şəxslərini cərimələyib.
Bu barədə Valyuta.az AMB-yə istinadən xəbər verir.
Məlumata görə, AMB tərəfindən “Bakı Fond Birjası” QSC-də (BFB) aparılmış hərtərəfli yoxlamalar çərçivəsində aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müəyyən edilmiş tədbirlər vaxtında icra edilməyib.
Bununla bağlı BFB İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə əsasən Bakı Şəhər Yasamal Rayon Məhkəməsi tərəfindən 6000 manat məbləğində, BFB-nin vəzifəli şəxsi isə Mərkəzi Bank tərəfindən 1500 manat məbləğində cərimələnib.
Bundan əlavə, BFB-də qiymətli kağızların ticarətə qəbulu, listinqə alınması, listinqdə saxlanılması və delistinqi Qaydalarının pozulmasına görə BFB-nin listinq komitəsinin sədrinə İnzibati Xətalar Məcəlləsinin 416.0.7-ci maddəsinə əsasən 700 manat məbləğində cərimə tətbiq edilib.
Nara
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAMB daha iki kredit ittifaqına icrası məcburi göstəriş verib
16.12.2025"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub
16.12.2025"Avromed" 21,7 milyonluq sifariş aldı
16.12.2025Azərbaycan neftinin qiyməti ucuzlaşıb
16.12.2025