Redaktor
Lizinqlə avtomobil alanda nələrə diqqət etməli?
Hazırda ölkədə lizinqlə avtomobil alanların sayı artıb. Avtomobil sahibi olmaq istəyənlər üçün müxtəlif lizinq təklifləri irəli sürülür. Vətəndaşlar yüksək ilkin ödəniş və birdəfəlik xərcləri qarşılamadan aylıq ödənişlərlə maşın almağa üstünlük verirlər.
Valyuta.az xəbər verir ki, İqtisadçı Kənan Quluzadə mövzu ilə bağlı fikirlərini Modern.az-la bölüşüb.
O bildirib ki, lizinq faizlərinə Azərbaycan Mərkəzi Bankı nəzarət edir. Azərbaycanda maliyyə institutları – o cümlədən banklar və lizinq şirkətləri – kredit və lizinq əməliyyatlarını bu qurumun müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirirlər.
“Azərbaycanda avtomobil lizinqi zamanı müşahidə olunan yüksək faizlər, xüsusilə manatla olan müqavilələrdə əsasən valyuta riski və inflyasiya təhlükəsi ilə bağlıdır.
Əvvəlcə qeyd edək ki, lizinq şirkətləri üçün ən böyük risklərdən biri manatın dəyər itirməsi və ölkədə inflyasiya səviyyəsinin yüksəlməsi ehtimalıdır. Manatla uzunmüddətli lizinq müqaviləsi bağlayan şirkət, gələcəkdə həmin pulun real dəyərinin aşağı düşəcəyindən ehtiyat edir”.
Müsahibimiz deyib ki, bu riskləri kompensasiya etmək üçün isə faizləri süni şəkildə yüksək saxlayırlar.
"Digər tərəfdən, dollarla bağlanan müqavilələrdə isə risk lizinq alan tərəf üçün artır, çünki manatın dəyərsizləşməsi ödənişləri baha edir. Nəticə olaraq, inflyasiya gözləntiləri və valyuta sabitliyinin olmaması, həm şirkətlərin, həm də istehlakçıların lizinq müqavilələrində daha yüksək faizlə razılaşmasına səbəb olur.
Bu isə avtomobil sahibi olmaq istəyən vətəndaş üçün ciddi maliyyə yükü deməkdir.
Lizinq şirkətləri üçün maksimum faiz limiti müəyyən edilə bilər.
Məsələn, İllik Effektiv Faiz Dərəcəsinin (İEFD) yuxarı həddi təyin edilə bilər ki, bu da istehlakçıların qorunmasını təmin edər. Maliyyə bazarlarına daha ciddi nəzarət tətbiq oluna bilər. Mərkəzi Bank və ya İqtisadiyyat Nazirliyi bu sahədə fəaliyyət göstərən şirkətlərin lisenziyasını təftiş edə bilər”.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBMU-nun təmsil olunduğu komanda Cenevrədə qızıl və bürünc medala layiq görülüb
01.04.2026AQTA-nın sektor müdiri işdən çıxarıldı - FOTO
01.04.2026"Unilever" və "McCormick" 65 milyard dollarlıq qida nəhəngi yaradacaq
01.04.2026Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ
01.04.2026Azərbaycan bu ölkədən kilosu 11,9 manatdan krevet alıb
01.04.2026
Sığorta şirkətlərinin müştərilərinə etdikləri ödənişlər məlum oldu - RENKİNQ
01.04.2026"Nike"ın bərpa planı gecikir, səhmlər kəskin ucuzlaşıb
01.04.2026Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi - FOTOLAR
01.04.2026Azərbaycanda avtomobil icarəsi ilə bağlı yeni qaydalar hazırlanır
01.04.2026Bakıda məktəbdə tədris dayandırıldı - SƏBƏB
01.04.2026
Vəsiyyətnamədə adı olmayan kimlər miras ala bilər? - Vəkil açıqladı
01.04.2026“Qala Sığorta” ASC-nin yığımları 55,5% azalıb
01.04.2026"Meta" yeniyetmələrə zərər verdiyinə görə məsuliyyətə cəlb edildi
01.04.2026"Azərbaycan alüminiumu" ASC ləğv edilir
01.04.2026"Bakubus" 865 min manatlıq müqavilə imzalayıb
01.04.2026Sığorta bazarı kiçildi - 3,6 milyonluq itki - RENKİNQ
01.04.2026Sabah 25 dərəcə isti olacaq
01.04.2026"Expressbank"ın İdarə Heyətində yeni TƏYİNAT - FOTO
01.04.2026