Keçmiş direktorun oğlu 2,7 milyonluq tenderin qalibi oldu

Redaktor

04.12.2025 15:34
198

Keçmiş direktorun oğlu 2,7 milyonluq tenderin qalibi oldu

İnnovasiya və Təchizat Mərkəzi "Xanni-2017" MMC ilə satınalma müqaviləsi imzalayacaq. 

Valyuta.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, şirkət qurumun tibbi sərf mallarının satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. 

Məlum olur ki, İnnovasiya və Təchizat Mərkəzi "Xanni-2017" MMC-dən qeyri-steril əlcəklər alacaq. Buna görə şirkətə 2 724 397,45 manat ödəniləcək. 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstəriliri ki, "Xanni-2017" MMC 11 aprel 2017-ci ildə qeydiyyata alınıb.

Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Göygöl rayonu, Quşqara kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi İbrahimov İdris Niyazi oğludur. 

"Xanni-2017” MMC-nin rəsmi internet səhifəsində yerləşdirilən məlumatdan aydın olur ki, şirkət Gəncə şəhərində fəaliyyətə başlayıb. Şirkət inşaat sektorunda, gəmiqayırma, ağac emalı sənayesində, neft emalı və başqa sahələrdə istifadə oluna bilən əlcəklər istehsalını və satışını həyata keçirir. 

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmadan məlum olur ki, şirkət 2023-cü ildə İcbari Tibbi Sığorta Agentliyi ilə satınalma müqaviləsi bağlayıb. Maliyyə dəyəri 2 304 245 manat olan müqavilədə ümumprofilli müalicə müəssisələrinin faəliyyətində istifadə olunan tibbi ləvazimatların satın alınması nəzərdə tutulub.

"Xanni-2017” MMC-nin rəhbəri İdris İbrahimova gəlincə, o, Gəncə Tibb Kollecinin keçmiş direktoru Niyazi İbrahimovun oğludur. Niyazi İbrahimov hazırda Şans Tibb Mərkəzinin Gəncə filialının ümumi cərrahıdır. 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Nazirliyin vəzifəli şəxsi cərimələndi

04.12.2025

“Brevo” 583 milyon dollar investisiya alıb

04.12.2025

"İvanovka"da məhsul satışı qadağan edildi

04.12.2025

13 milyon maaş alacaq

04.12.2025

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL

04.12.2025
Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

04.12.2025

Xaricə 23 min dollar köçürdü, 4752 dollar cərimələndi

04.12.2025

Kapital Bank-dan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur ®

04.12.2025

Məzənnə

Yüklənir...