Redaktor
Kakalosdan Mançesterə uzanan yol... - VİDEO
Astaranın Kakalos kəndindən olan Əliyev Zəka Dövlət Təqaüd Proqramının qalibi olaraq Böyük Britaniyanın Mançester Universitetinə qəbul olunub.
Valyuta.Az xəbər verir ki, bu barədə “Təhsil Tv” süjet hazırlayıb.
“Orta təhsilimi Kakalos kənd Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbdə almışam. 2020-ci ildə Respublika Fənn Olimpiadasında riyaziyyat fənni üzrə gümüş medal qazandım. Həmin gümüş medalla isə müsabiqədənkənar Bakı Ali Neft Məktəbinə (BANM) qəbul aldım. Qəbul imtahanında isə 612 bal toplamışam.
Bakı Ali Neft Məktəbində (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə bakalavr təhsilimi artıq tamamladım. Elə kursun sonunda qərara gəldim ki, təhsilimi xaricdə davam etdirim. Ölkələri araşdırdım, mənə ən uyğun olan Böyük Britaniya idi”, - 22 yaşlı Zəka Əliyev uğurları haqqında danışarkən bildirib.
O həmçinin təhsilini xaricdə davam etdirmək üçün Dövlət Təqaüd Proqramının vacibliyindən söz açıb: “Dövlət Proqramında təhsil almaq əlverişlidir. Belə ki, bu proqram tələbənin təhsil və yaşam xərclərini qarşılayır. Buna görə də müraciət etdim. 3 mərhələ var idi, hər birini uğurla başa vurdum. Artıq sentyabr ayında İngiltərədə Mançester universitetində “Sistem və idarəetmə mühəndisliyi” ixtisası üzrə təhsil alacam. Güclü universitetlərdə təhsil almaq Dövlət Proqramı olmadan mümkün deyil. Ona görə də bunu tövsiyə edirəm”.
Daha ətraflı videomaterilada:
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Wonderful” 150 milyon dollar investisiya alıb
14.03.2026Niyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?
14.03.2026Azərbaycan neftinin qiyməti 109 dolları keçdi
14.03.2026Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb
14.03.20262 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU
14.03.2026Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026