Redaktor
İşdə stress atmağın 5 yolu - SƏHƏR OXUSU
Hər bir insan işdə stress yaşayır. Çünki iş məsuliyyətdir və üzərimizdəki məsuliyyət bizə stress yaşada bilər. Bəzən iş yükünün çox olması, çatdırılmalı olan işlər, sıxılmış qrafik və.s yalnız işdə deyil evdə də stresi bizimlə gətirir. Nəticədə nə işdən, nə də istrahətdən zövq ala bilmirik. Stresi idarə etmək özümüzü, hislərimizi idarə etmək deməkdir və hər kəs bunu bacarmır. Bu zaman sual ortaya çıxır. İşdə stressi necə idarə edək?
Valyuta.az işdə stress atmağın yollarını təqdim edir:
1. Nəfəs və mikrofasilə texnikaları
Tədqiqatlar göstərir ki, dərin nəfəs alma texnikaları və qısa fasilələr sinir sistemini sakitləşdirir və stres hormonlarının səviyyəsini azaldır (Harvard Health, 2020). Hər 60–90 dəqiqədən bir 3–5 dəqiqəlik fasilə verərək nəfəs məşqləri və ya sadə fiziki hərəkətlərlə bədənin gərginliyini azaltmaq mümkündür. Bu texnika həm diqqəti bərpa edir, həm də emosional partlayışların qarşısını alır.
2. İş yerində sosial əlaqələr – söhbət də terapiyadır
Amerika Psixologiya Assosiasiyasının araşdırmalarına görə, əməkdaşlarla gündəlik sosial təmas (qısa söhbətlər, birgə qəhvə fasilələri və s.) stress səviyyəsini ciddi şəkildə azaldır. İnsan beyni təhlükəni paylaşdıqda onu daha az təhlükəli hesab edir. İş yerində dəstək görmək və paylaşmaq “emosional tampon” rolu oynayır. Eyni zamanda araşdırmalar göstərir ki, işdə yaxın dostu olanlar daha az stress yaşayır, daha çox işlərindən məmnun olurlar.
3. Tapşırıq prioritetləşdirmə – hər şey vacib deyil
Stanford Universitetinin tədqiqatçıları sübut ediblər ki, təxirə salma deyil, tapşırıqları ayırd etmə bacarığı insanın gündəlik stressini azaldır. 3-4 əsas məsələni seçib günə onlarla başlamaq stresi azaltmaqla yanaşı məhsuldarlığı da artırır. Hər şeyi bir gündə etməyə çalışmaq əslində heç nəyi edə bilməməyə gətirib çıxarır. “American Journal of Psychiatry” bildirir ki, ardıcıl olaraq çox işi paralel aparmaq (“multitasking”) beyin funksiyalarını zəiflədir və stressi 40%-ə qədər artırır.
4. Fiziki hərəkət – kiçik addımlar, böyük dəyişikliklər
“Mayo Clinic”in 2021-ci il hesabatına görə, ofis işçiləri arasında ən effektiv stress azaldıcı üsullardan biri hərəkətdir. İş saatı ərzində sadəcə 5–10 dəqiqə yerimək və ya oturub qalxmadan sadə uzanma hərəkətləri stres hormonlarının səviyyəsini azaldır. Bu, həm də qan dövranını artırır və beyinə oksigen axını yaxşılaşır.
5. Özünə qarşı yumşaq ol – mükəmməllik stresi doğurur
London Universitet Kollecinin (UCL) araşdırmasına görə, “özünütənqid” və “mükəmməl olmaq tələbi” iş yerində emosional yanmanın əsas səbəblərindəndir. Özündən hər gün maksimum gözləmək yerinə, realist planlarla irəliləmək və “səhv etmək haqqını” tanımaq emosional təzyiqi azaldır. Özünə qarşı mərhəmətli yanaşma motivasiyanı və psixoloji davamlılığı artırır.
Biz işdə stresi idarə edə bilməsək, stress həm bizi, həm də işimizi idarə edər.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025