İş və istirahət günlərinin yeri niyə dəyişdirilir?

Redaktor

21.06.2025 15:41
352

İş və istirahət günlərinin yeri niyə dəyişdirilir?

Azərbaycanda son illərdə iş və qeyri-iş günlərinin yerinin dəyişdirilməsi praktikasından geniş istifadə edilir. Rəsmi sənədlərdə deyilir ki, bu qərar iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə ilə qəbul edilib.

Qeyd edək ki, iş və qeyri-iş günlərinin yerinin dəyişdirilməsi sosial şəbəkələrdə müzakirə olunan mövzudur.

Valyuta.az xəbər verir ki, Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, Azərbaycanda iş və qeyri-iş günlərinin yerlərinin dəyişdirilməsi praktikası cəmiyyət tərəfindən müsbət qarşılanır.

Onun sözlərinə görə, bu qərarlar vətəndaşlara həm istirahətlərini, həm də vacib işlərini səmərəli şəkildə planlaşdırmağa imkan verir. “Bu praktikanı çox faydalı hesab edirəm. Düşünürəm ki, bütün vətəndaşlar da bunu bəyənirlər”, - deyə deputat vurğulayıb.

O qeyd edib ki, Nazirlər Kabineti iş və qeyri-iş günlərinin dəyişdirilməsi ilə bağlı qərarları əvvəlcədən verir:

“Bəzi hallarda gecikmələr olur, bunun səbəbini bilmirəm. Amma ümumilikdə bunu çox faydalı praktika hesab etmək olar”.

İqtisadçı ekspert Natiq Cəfərli saytımıza açıqlamasında məsələyə öz münasibətini bildirib. Ekspertin sözlərinə görə, Azərbaycanda iş və istirahət günlərinin yerdəyişməsi məsələsi müvafiq qanunvericiliklə tənzimlənir:

“Daha məqsədəuyğun olardı ki, bayram və istirahət günlərinin dəyişdirilməsi, əlavə iş günlərinin müəyyən edilməsi əvvəlcədən elan edilsin. Lakin bu proses mövcud qanunvericilik çərçivəsində həyata keçirilir və insanların istirahət hüququnun tərkib hissəsidir. Azərbaycan iqtisadiyyatının özünəməxsus xüsusiyyətləri var. İstirahət günlərinin sayının çox və ya az olması, təəssüf ki, iqtisadiyyata ciddi təsir etmir. Mən “təəssüf ki” deyirəm, çünki normal şəraitdə istirahət günlərinin artması iqtisadi aktivlikdə müəyyən daralmaya səbəb olmalıdır. Amma Azərbaycanda bu təsir, demək olar ki, hiss olunmur”.

Natiq Cəfərli vurğalayıb ki, bunun əsas səbəbi Azərbaycanın iqtisadiyyatında neft-qaz sektorunun üstünlük təşkil etməsidir:

“Ölkə iqtisadiyyatının əsas xəttini enerji sektoru xüsusən də neft-qaz sahəsi təşkil edir. Həmin sahələrdə istirahət günləri anlayışı yoxdur, çünki növbəli iş rejimi tətbiq edilir. İnsanlar dənizdə 10-15 gün işləyib, sonra bir neçə gün istirahət edirlər. Bu sahədə işin dayanması mümkün deyil. Özəl sektorda isə fərqli mənzərə var, kafelər, restoranlar, otellər istirahət günlərində də fəaliyyət göstərir. Burada da növbəli iş rejimi mövcuddur. Bu nüanslar Azərbaycan iqtisadiyyatının anatomiyasını göstərir”.

İqtisadçı ekspertin sözlərinə görə, bu mövzu üzərində düşünməyə dəyər:

“Azərbaycanda dövlət sektorunda çalışanların sayı kifayət qədər çoxdur. Təxminən 900 min nəfərə yaxın insan büdcə hesabına maliyyələşir. Onların əksəriyyəti bu istirahət günlərindən tam istifadə edir. Lakin müəllim, həkim, polis və digər sahələr əlavə dəyər yaratmayan, əsasən xidmət yönümlü peşələrdir. Bu səbəbdən onların iş günlərinin olmaması iqtisadi göstəricilərə birbaşa təsir göstərmir”, – deyə Natiq Cəfərli sonda bildirib.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI

14.12.2025

Sumqayıtda böyük söküntü başlayır - VİDEO

14.12.2025

Polkovnik Ramil Səfərovun xanımına vəzifə verildi

14.12.2025

Azərbaycanda noutbuk istehsalı 14,9 dəfə artıb

14.12.2025

Xətaidə iki ildir abadlıq işləri niyə yarımçıq qalıb? - VİDEO

14.12.2025

Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?

14.12.2025

Ofisdə işləməkdən imtina edib qlobal HR platforması qurdu - SƏHƏR OXUSU

14.12.2025
Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var

Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var

13.12.2025

Rusiya xüsusi təyinatlı polisi Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi

13.12.2025

Ən bahalı "Dodge" avtomobilləri: sürət, güc və klassikanın birləşməsi

13.12.2025

DGK FHN rəisini cərimələdi: Nümayəndəsi Maliyyə Nazirliyini günahlandırdı

13.12.2025

"Apple" ilə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üzrə birgə layihələr reallaşdırıla bilər

13.12.2025

Sərnişinlər metrodan daha az istifadə edib

13.12.2025

Gələn ildən bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq

13.12.2025

Binaların dağılmadan mühafizəsi ilə bağlı yeni qaydalar təsdiqlənib

13.12.2025
Rəqəmsal dövlətə keçid: Azərbaycanın yeni Yol Xəritəsi nə vəd edir?

Rəqəmsal dövlətə keçid: Azərbaycanın yeni Yol Xəritəsi nə vəd edir?

13.12.2025

SOCAR və Neft Fondunun təsisçisi olduğu şirkət ilkin kapitalını azaldıb

13.12.2025

Rəşad Nəbiyev “NVIDIA”, “Meta” və AMD rəhbərliyi ilə nəyi müzakirə edib? - FOTO

13.12.2025

Əhali bank sisteminə güvənmir - İqtisadçı

13.12.2025
Gələn ildən telefon və noutbuklar zəifləyəcək

Gələn ildən telefon və noutbuklar zəifləyəcək

13.12.2025

Məzənnə

Yüklənir...