Redaktor
Çin-Avropa marşrutu üzrə hərəkət edən yük qatarlarının sayı 90 minə çatdı
Çin-Avropa marşrutu üzrə hərəkət edən yük qatarlarının sayı 90 minə çatıb.
Mayın 25-də Çinin Sian şəhərindən Polşaya doğru yola çıxan yük qatarı bu marşrutu üzrə hərəkət edən 90 mininci qatar olub.
“Çin dövlət dəmir yolu qrupu”nun məlumatına əsasən 2011-ci ildə Çin-Avropa marşrutu üzrə yük qatarı səfərləri başlayandan bəri 380 milyard ABŞ dolları dəyərində 8,7 milyon konteyner (20 futluq) yük daşınıb. Təkcə ötən il 56,7 milyard dollarlıq yük daşınıb.
Hazırda Çindən Avropanın 25 ölkəsinin 223 şəhərinə, Asiyanın isə 11 ölkəsinin 100-dən çox şəhərinə yük qatarları səfərləri həyata keçirilir.
Qeyd edək ki, Çindən Avropaya və əksinə istiqamətdə hərəkət edən yük qatarlarının sayında son vaxtlar ciddi artım müşahidə olunur. Cari ilin yanvar-fevral ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə qatarların sayı 9 faiz, daşınan yüklərin həcmi isə 10 faiz artıb. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra şimal xətti üzrə dəmir yolu marşrutlarında yaranmış çətinliklər, habelə Qırmızı dənizdəki təhlükəsizlik problemləri logistika şirkətlərinin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə - Orta Dəhlizə marağını əhəmiyyətli dərəcədə artırıb. Hazırda Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Qara dəniz üzərindən keçməklə Çindən Avropaya bir neçə marşrut üzrə multimodal yük daşımaları həyata keçirilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin cari ilin 4 ayı ərzində Orta Dəhlizlə yük daşımalarının həcmi ötən illə müqayisədə 35 faiz artıb, Çinin Sian şəhərindən bu dəhlizlə ümumilikdə 60 blok qatar yola salınıb. Bu yaxınlarda aparılmış yenidənqurma işlərindən sonra Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşımalar bərpa edilib və onun yükburaxma qabiliyyəti illik 5 milyon tona çatdırılıb.//Azərtac
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda dövlət agentliyi ləğv edildi
14.03.2026Dünyanın ən zəngin və xoşbəxt ölkələri - Siyahı
14.03.2026Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi - REPORTAJ
14.03.2026“Wonderful” 150 milyon dollar investisiya alıb
14.03.2026Niyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?
14.03.2026Azərbaycan neftinin qiyməti 109 dolları keçdi
14.03.2026Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb
14.03.20262 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU
14.03.2026Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026