Redaktor
"IBM" dünya üzrə 2 min 700 nəfəri işdən çıxarır
Son dövrlərdə bir çox texnologiya şirkətləri əməliyyat səmərəliliyini artırmaq və süni intellekt sahəsinə daha çox resurs ayırmaq məqsədilə işçi ixtisarlarına gedir. İndi isə bənzər addımı "IBM" atıb.
Valyuta.az xəbər verir ki, ABŞ mərkəzli texnologiya şirkəti ilin dördüncü rübündə qlobal miqyasda ixtisarlara başlayacağını açıqlayıb.
"IBM", bu addımın ümumi işçi heyətinin təxminən 1 faizini - yəni 2 min 700 nəfəri əhatə edəcəyini bildirib. Şirkətin dünya üzrə 270 min nəfərlik işçi heyəti mövcuddur.
"IBM" sözçüsü bəyan edib ki, bəzi ABŞ mərkəzli vəzifələr də bu prosesdən təsirlənəcək. Bununla belə, yeni işə qəbul sayəsində ölkə üzrə ümumi işçi sayısının illik baxımdan sabit qalacağı gözlənilir.
Son zamanlar bir çox texnologiya şirkəti əməliyyat effektivliyini artırmaq və süni intellekt sahəsinə daha çox sərmayə yönəltmək məqsədilə oxşar tədbirlər görür. Məsələn, "Amazon" ötən ay 30 min korporativ əməkdaşını işdən çıxarmışdı.
Qeyd edək ki, "IBM" mart ayında marketinq və kommunikasiya komandalarında ixtisarlara getmiş, insan resursları departamentində isə süni intellekt dəstəklı sistemlərin tətbiqi nəticəsində təxminən 200 vəzifəni ləğv etmişdi. Şirkətin baş direktoru Arvind Krişna "The Wall Street Journal"a verdiyi açıqlamada bu transformasiya nəticəsində satış və proqram təminatı inkişafı komandalarına daha çox resurs ayırmaq imkanının yarandığını bildirmişdi.
Oktyabr ayında isə "IBM" gözləntiləri üstələyən mənfəət əldə etmiş, proqram təminatı gəlirlərində 10 faizlik artım qeydə alınmışdı.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025