Redaktor
Heç bir universitet oxumadan dünya iqtisadiyyatına təsir edən insanlar - SƏHƏR OXUSU
Müasir iqtisadiyyatın ən böyük uğur hekayələri çox vaxt yüksək təhsilin, diplomların və akademik nailiyyətlərin üzərində qurulduğu düşünülür. Amma tarix göstərir ki, bir çox qlobal iqtisadi transformasiyanın arxasında universitet görməyən, lakin fərqli düşüncə tərzi, güclü müşahidə qabiliyyəti və risk alma cəsarəti ilə seçilən insanlar dayanır. Onlar yaratdıqları brendlərlə yalnız öz sahələrini deyil, bütöv bazarları dəyişdiriblər.
Valyuta.az xəbər verir ki, bu hekayələr bir daha sübut edir ki, biznesdə ən güclü kapital bəzən bilik deyil, baxış bucağıdır.
Dünyanın ən böyük geyim pərakəndə imperiyalarından birinin sahibi olan Amansio Orteqa heç vaxt universitet addımlamayıb. O, gənclik illərində sadə bir köynək mağazasında çalışırdı. Müşahidə edirdi ki, dəbdəbəli markaların qiymətləri çox yüksəkdir və insanlar daha əlçatan, amma şık geyimlərə ehtiyac duyurlar. Orteqanı fərqləndirən məhz bu müşahidə idi. O, bazara sürətli istehsal modelini gətirdi: trend nədirsə, bir neçə həftəyə mağazada olurdu. Bu model sonradan “Zara”nın və ümumilikdə “fast-fashion” sektorunun əsasını qoydu. Onun ideyası təkcə bir brend yaratmadı, bütün moda sənayesini dəyişdirdi.
Riçaрd Branson da formal təhsil almayan, lakin iqtisadiyyata böyük təsir göstərən şəxslərdəndir. O, məktəbdən ayrıldıqdan sonra musiqi kasetlərinin satışı ilə başladı, daha sonra “Virgin” brendini yaratdı. Bransonun yanaşması çox qeyri-adi idi: o, hər sahəyə daxil olurdu musiqi, aviasiya, mobil operator, media, səyahət xidmətləri. Onu digərlərindən fərqləndirən cəsarət, risk alma bacarığı və brendə fərqli, əyləncəli kimlik verməsi idi. Bu gün “Virgin” dünyanın ən tanınan və ən diversifikasiya olunmuş brendlərindən biridir.
Universitet yarımçıq qoyulan hekayələrdən biri də Stiv Cobsun (Steve Jobs) hekayəsidir. O, rəsmi olaraq ali təhsil almamışdı, amma dizayn, insan davranışları və texnologiyanı birləşdirmək kimi sahələrdə qeyri-adi düşüncə tərzi vardı. Məhz bu baxış “Apple”ın məhsullarını fərqləndirdi. Cobs texnologiyanı sadə, müasir və emosional olaraq cəlbedici formaya salmağı bacardı. Onun yaratdığı məhsullar - "iPhone", "MacBook", "iPad" - yalnız texnologiya sektorunu deyil, dünya iqtisadiyyatının istehlak modelini də dəyişdirdi. Bu gün smartfon bazarı, proqram ekosistemləri və dizayn standartları onun fəlsəfəsinin üzərində qurulub.
Henri Ford isə sənaye tarixinin ən inqilabi adlarından biridir. O, universitet təhsili almamışdı, amma mexanika və istehsal proseslərinə qeyri-adi marağı vardı. Ford kütləvi istehsalın yeni formasını - konveyer sistemini tətbiq etməklə avtomobil sənayesində çevriliş yaratdı. Bu addım həm xərcləri azaltdı, həm istehsal tempi artırdı, həm də avtomobili orta təbəqənin əldə edə biləcəyi məhsula çevirdi. Nəticədə ABŞ iqtisadiyyatı tamamilə yeni bir istehlak dövrünə qədəm qoydu.
Bu dörd şəxsin hekayəsi bir ümumi həqiqəti göstərir: böyük iqtisadi təsir yalnız ali təhsillə ölçülmür. Onların uğurunu təmin edən əsas amillər real həyatdan gələn müşahidələr, həyat təcrübəsi, çevik düşüncə və risk almaq cəsarəti idi. Bu hekayələr biznesin qapısını hər kəs üçün açıq edir - əsas olan, gördüyün problemi fürsətə çevirə bilməkdir.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025