Elnarə Nəhmədova
“Beauttech” gözəllik salonları şəbəkəsinin təsisçisi
Bu gün Azərbaycanda gözəllik salonlarının sayı çoxdur. Təəssüf ki, onların bir hissəsi bir neçə ildən, bəziləri isə cəmi bir ildən sonra bağlanır. Niyə bu qədər salon açılır, amma çox azı uzunömürlü olur?
1. Sistem və idarəetmə boşluğu
Ən böyük səbəb idarəetmənin olmamasıdır. Bir çox sahibkar salonu açır, amma sistemsiz şəkildə idarə edir. Ustalar özləri qiymət müəyyən edir, müştəri qeydiyyatı aparılmır, xərc-gəlir izlənilmir.
Yəni, sahibkar “biznes sahibi” yox, sadəcə “iş yeri sahibi” rolundadır.
Nəticədə salon idarə olunmur, sadəcə işləyir. Bu isə uzunmüddətli uğur gətirmir.
2. Maliyyə savadının olmaması
Bir çox salon sahibi gəlir və xərci sadəcə “təxminlə” bilir. Heç bir maliyyə uçotu, hesabat və ya analiz aparılmır. Ən çox edilən səhv gündəlik gəliri qazanc kimi qəbul etməkdir. Reallıqda isə bu gəlirin içində ustaların faizləri, icarə, vergi, məhsul xərci və görünməyən gizli xərclər var. Bu balansı anlamadan biznesin davamlı olması mümkün deyil.
3. Komanda və münasibət problemləri
Uğurlu salonun əsası komandadır. Amma çox yerdə ustalar arasında rəqabət, intriqa, etimadsızlıq hökm sürür. Sahibkar komandasını idarə etməyi, motivasiya verməyi bacarmır. Ustalar “öz müştərisini gətirir, xidmət göstərir, gedir”. Sistem, birlik və salon kimliyi formalaşmır.
Belə mühitdə komanda yox, sadəcə otaqda işləyən fərdlər olur.
4. Marketinqin olmaması və ya yanlış yanaşma
Bəzi salonlar düşünür ki, müştəri özü gələcək. Digərləri isə sadəcə endirimlərlə reklam aparır. Hər iki yanaşma yanlışdır. Premium və ya peşəkar salon öz imicini, dəyərlərini və fərqini təqdim etməlidir. Sadəcə gözəl şəkil yox, doğru mesaj lazımdır. Əks halda müştəri üçün salon “daha bir xidmət yeri” kimi qalır.
5. Qanunvericilik və vergi problemləri
Sahibkarların bir hissəsi vergi sistemini və rəsmi uçotu anlamır.
Bəzən ustalar qeyri-rəsmi işləyir, bu isə nə hüquqi, nə də etibarlı mühit yaradır. Belə salonlar ilk yoxlamada və ya kiçik bir cərimə ilə çətin vəziyyətə düşür.
6. Sahibkarın biznesə yanaşması
Ən vacib amil sahibkarın baxışıdır. Bir çoxları salonu “moda xətti” kimi açır, amma biznes kimi idarə etmir. Əslində isə, salon gündəlik nəzarət, sistem, plan və təhlil tələb edən canlı bir strukturdur. Yəni, bu işə sadəcə “gözəllik” kimi yox, menecment kimi baxmaq lazımdır.
Nəticə
Azərbaycanda salonların bağlanma səbəbi rəqabət deyil, daxili sistemsizlikdir. Əgər hər bir sahibkar idarəetmə, maliyyə və komanda quruculuğuna diqqət versə, sektor inkişaf edər, brendlər formalaşar və bu peşəyə olan hörmət də artar.

Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025