Gözəllik salonlarında ödənişdə hansı bankın kartı qazandırır?

Redaktor

10.11.2025 22:50
347

Gözəllik salonlarında ödənişdə hansı bankın kartı qazandırır?

Gözəllik salonları, bərbərxanalar və SPA mərkəzləri şəxsi qulluq sahəsində ən çox müraciət olunan xidmətlərdəndir.

Valyuta.az xəbər verir ki, bu kimi xidmətlər üçün edilən ödənişlərdə keşbek (cashback) tətbiq olunması istifadəçilərə əlavə üstünlüklər qazandırır.

Beləliklə, gündəlik xərclərin bir hissəsi geri qaytarılaraq, müştərilərin bu xidmətlərə olan marağı artırılır.

Qeyd edək ki, cari ayın 5-dən növbəti ayın 5-dək "Mobile Bankinq" vasitəsilə "Yaşıl Keşbek" paketindən "Miles" paketinə keçid edildikdə, yığılan ballar AZN kart hesabına məbləğ olaraq avtomatik köçürülür.

İstifadə olunmamış və qalıq ballar növbəti aya keçirilir. ATM cash, POS cash, Card to Card, kredit ödənişləri, rabitə, nəqliyyat (hava nəqliyyatı istisna), dövlət və kommunal, mərc və "Quasi cash" ödənişləri dövriyyəyə daxil edilmir. "Rabita Mobile" vasitəsilə aparılan əməliyyatlara görə keşbek hesablanmır.

"Yelo Bank"ın təklif etdiyi paket çərçivəsində həm əsas, həm də əlavə kateqoriyalardan ikisini seçmək imkanı verilir. Beləliklə, ay ərzində ümumilikdə dörd kateqoriyadan yararlanmaq mümkündür.

Keşbek üzrə kateqoriya ayda bir dəfə seçilə bilər və yalnız növbəti ayda dəyişdirilməsinə icazə verilir. Keşbek yalnız seçilmiş kateqoriya üzrə hesablanır, əlavə plan tərtib edilmir.

Qazanılmış keşbek məbləği "myAccess" mobil tətbiqində əks olunur.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...